Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsmayıl Kazımov: Müasir türk dillərinin dialektlərini müqayisəli yolla öyrənmək fikrindəyik – MÜSAHİBƏ

İsmayıl Kazımov: Müasir türk dillərinin dialektlərini müqayisəli yolla öyrənmək fikrindəyik –  MÜSAHİBƏ

Bakı, 18 dekabr, AZƏRTAC

AZƏRTAC-ın müsahibi AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor İsmayıl Kazımovdur.

- Dilçilik İnstitutunda türk dillərinə həsr olunmuş tədqiqatlar nə yerdədir?

- Dil bir sistemdir. Dil dünyanın bir modelidir. Dil xalqın maddi-mənəvi varlığını, onun tarixini, tarixi coğrafiyasını yaradan ən nadir faktdır, dil bütünlükdə xalqı əks etdirən aynadır. Xalq həmin aynanı təmiz, parlaq və şəffaf görmək istəyir. Dil insan əxlaqının, davranışının müxtəlifnövlülüyüdür. İndi dünya dilçiliyində, o cümlədən türkoloji dilçilikdə inkişaf etmiş dillər üzrə aktiv proseslər gedir. Türk dilləri şöbəsi bu dillərin müxtəlif səviyyələrində baş verən həmin yeni prosesləri müəyyənləşdirir və tədqiq edir.

Türk dilləri şöbəsinin əməkdaşları bu qohum dillər üzrə informasiya texnologiyalarının yaradılmasını vacib sayırlar. Bu gün internetə mədəni neologizmin qaynağı kimi baxırlar. Çünki yeni söz və ifadələr internetdə, sosial şəbəkə mətnlərində tez-tez görünür. Ona görə də internet dili, türk internet sintaksisi tədqiqatlardan kənarda qalmamalıdır.

Türk dillərinin KİV-də funksionallaşması məsələləri yenidən nəzərdən keçirilməlidir. Yeni medianın dili yeni türk yazarlarının üslubunda daha da gözəlləşibdir. Bu estetikanı yaradan özəlliklər təhlil olunmalı, dəyərləndirilməlidir. Türk dillərinin prestijini qaldırmalı, xüsusən də dilin həyati keyfiyyətləri meydana çıxarılmalıdır.

- Müasir türk xalqlarını birləşdirən amillər haqqında nə demək olar?

- Azərbaycanın digər türk dövlətləri ilə münasibətlərində dil amili birinci yerdə dayanır. Həm Azərbaycan, həm də başqa türk xalqlarının dili onların tarixi kökləri bir olan qohum xalqların milli varlığını müəyyənləşdirən başlıca amillərdəndir. Son illər dünyada baş verən qlobal sosial-siyasi olayların nəticəsi olaraq türk xalqları, müstəqil türk dövlətləri arasında ictimai-mənəvi, tarixi-mədəni və s. əlaqə və münasibətlər yüksək sürətdə genişlənməyə, intesivləşməyə, ardıcıl xarakter daşımağa başlayıb. Türk dünyasının get-gedə mədəni-ideoloji bütövləşməsi, türk dillərinin bir-birinə yaxınlaşması, həmin dillər arasındakı münasibətlərin yeni mərhələyə qalxması bu günün başlıca reallıqlarından biridir. Müasir türkologiyanın qarşısında duran mühüm problemlərdən biri də Azərbaycan və digər türk xalqlarının çoxtərəfli münasibətlərində dil amilinin rolunu müəyyənləşdirməkdir. Yəni bu xalqların, dillərin ümumi və tarixi inkişafını dərindən öyrənməkdir. Bizə elə gəlir ki, bu dillərin müqayisəli şəkildə öyrənilməsi onların ümumi inkişaf qanunauyğunluqlarını, hər birinin oxşar və fərqli xarakterik cəhətlərini müəyyənləşdirir.

- Türkoloji dilçiliyin tarixi inkişaf yolu barədə nə deyə bilərsiniz? Türk dilləri şöbəsi hazırda hansı mövzular üzərində çalışır?

- Ənənəvi qrammatikaya aid tədqiqatlarımız artıq arxada qalıb. İndi funksional morfologiya və sintaksis məsələləri üzərində işləyirik. Qeyd edək ki, türkoloji dilçiliyin tarixi inkişaf yoluna yenidən baxılmalı, yeni linqvistik istiqamətlərin məzmun və mahiyyəti dəqiqləşdirilməlidir. Müasir türk dillərinin konseptual-funksional qrammatikası yaradılmalıdır ki, institutun Türk dilləri şöbəsinin yazmağı planlaşdırdığı “Türk dillərinin funksional morfologiyası və sintaksisi” monoqrafiyası bu istiqamətdəki işlərin təməlini təşkil edəcək. Linqodidaktik düşüncənin formalaşması morfologiya və sintaksisin bu tipinin tədqiqini zəruriləşdirdiyi üçün araşdırmalarda dil faktlarının, morfoloji və sintaktik hadisə və proseslərin funksional-kommunikativ dəyəri, həmin faktların seçimi qanunauyğunluqları müəyyənləşdirilməkdədir. Biz bu yolla müasir türk dillərinin xüsusən kommunikativ və funksional keyfiyyətini yüksəltməliyik.

- Daha hansı işləri görməyi planlaşdırırsınız?

- Dili onun dialektlərindən təcrid edilmiş şəkildə öyrənmək olmaz. Müasir türk dillərinin dialektlərini müqayisəli yolla öyrənmək fikrindəyik. Həmin məsələ də türkoloji dilçilikdə, dialektologiyada az tədqiq edilmiş sahələrdəndir.

Türkologiyanın aktual problemləri sırasında türk dilləri və dialektlərinin diaxronik və sinxronik mahiyyətinin bütövlükdə dərk edilməsi və öyrənilməsi planlaşdırılıb. Müqayisəli planda türk dillərinin dialektləri arasında olan ümumi və diferensial əlamətlər müəyyənləşdirilməlidir.

- Türklər üçün vahid, ortaq ünsiyyət dili lazımdırmı?

- Əlbəttə, türk dili, deyildiyi kimi, təkcə türklərin deyil. Bu türkcədə zaman-zaman bütün türklərin payı, zehni enerjisi cəmlənib, ona görə də bu dil bütün türklərin hər birinə hava, su kimi lazımdır. Türkiyə türkcəsi bizə lazım olanda biz türklərin, necə deyərlər, özünüdərk duyğusu qüvvətlənir, milli dirçəliş oyanır, milli hissimiz baş qaldırır. Bir sözlə, türk dili dünya dilləri içərisində çox böyük semantik gücə, potensiala malikdir. Bu gün mədəni, siyasi, sosial və s. əlaqə və münasibətlərin formalaşması və inkişafında, şübhəsiz, türk xalqları arasında dil anlaşması mühüm amillərdən hesab edilə bilər. Türk xalqlarının öz aralarında dərk edilməsinin də onların daha möhkəm, sıx yaxınlaşmasında, sosial-siyasi, elmi-mədəni və iqtisadi cəhətdən həmrəy olmalarında, əlbəttə, çox faydası var.

Müxtəlif ərazilərdə yaşamalarına baxmayaraq, türklərin böyük türkün dilində danışmasında əlahiddə bir mənəvi-psixoloji hissiyyat doğmalığı hiss edilir. Hələ XI əsrdə böyük ensiklopedik alim Mahmud Kaşğari söyləyərdi ki, “Türkün ürəyinə yol tapmaqdan ötrü onunla onun dilində danışmaqdan savayı yol yoxdur”. Türklərdən ötrü vahid ünsiyyət dili - türk dili! Akademik Tofiq Hacıyevin dediyi kimi, “bu gün bizə ümumi ünsiyyət türkcəsi kimi bu dil lazımdır. Bütün dünyanın və bütün zamanların dərdi türkcədə bütün dərinliyi və bütün ağrıları ilə ifadə olunmuşdur. Türkləri bir-birinə bağlamaq, Türk dünyasını bir dünya kimi gercəkləşdirmək üçün bu dilə türkün ehtiyacı var. Bu dil öz zənginliyi, kamilliyi və həssaslığı ilə səciyyələnir. Bu dil başqa türkcələrdən də şirə çəkdikcə daha güclü olacaqdır”. Fikrimizcə, dünya arenasında türkcə danışmanın yeni nitq imicini yaratmalı, bu nitqin təsir gücünü və qənaətini qoruyub saxlamalıyıq.

- Bu gün türk dili mədəniyyətlərarası kommunikasiyada necə iştirak edir?

- Mədəniyyətlərarası kommunikasiya gerçək fəaliyyətdir, əsas göstəricisi və vasitəsi qarşılıqlı mədəniyyətlərin nitq vasitəsilə təzahürüdür. İnformasiya mübadiləsi bu yolla aparılır. Bu proses dövlətlərarası əlaqələrin qurulmasına zəmin yaradır, bütövlükdə cəmiyyətin, millətlərarası həyat fəaliyyətini səciyyələndirir. Mədəniyyətlərarası kommunikasiyada mühüm bir formul var: türk xalqları qarşılıqlı əlaqədə, ünsiyyətdə bir-birini yaxından tanıyırlar, sıx birləşirlər. Belə bir yanaşma kommunikasiyanın mədəniyyətin başlıca elementi olduğuna işarədir, mədəniyyət bütövlükdə birlik anlamında, sosiallaşmada və özünəməxsusluqda cəmiyyətlərin hərəkətverici qüvvəsidir. Bir dövlət digər dövləti qarşılıqlı əlaqə və münasibətdə kəşf edir.

- Müxtəlif türk düşüncəsinin məhsulu olan bədii mətnlər üzərində hansı işləri aparırsınız?

- Türk düşüncəsinin məhsulu olan bədii mətnlər qarşılaşdırılır, müqayisə edilir, hansı türkün (Azərbaycan, türk, türkmən, qaqauz, özbək, tatar, qırğız və s.) mətnqurucu işlərdə aktivliyi, hansı türkün üstün cəhətlərə malik olduğu aydınlaşdırılır.

- Türkcələrin yaxınlaşmasında lüğətlərin, danışıq kitabçalarının da rolu böyükdür...

- Dilin ümumi mənzərəsini, söz və terminin müxtəlifliyini lüğət vasitəsilə öyrənmək olar. Şöbədə görülən işlərdən biri də həmin tipli lüğətlərin tərtibi və nəşridir. Müasir türk danışıq dilləri və dialektlərinə aid sözlüklərin yaradılması da vacibdir. Həmin dillər ikinci və üçüncü dil kimi dünya səviyyəsində işlənməkdədir. Şöbənin Azərbaycan dili birinci olmaqla digər türkcələrdə danışıq kitabçalarını hazırlayıb nəşr etdiriblər. Bu lüğətlərdə gündəlik söz və ifadələr, müxtəlif söhbətlər, müraciət formaları və s. haqqında kommunikasiyanı yaradan mətnlərlə tanış oluruq. Hazırda Azərbaycanca-tatarca, tatarca-Azərbaycanca, Azərbaycanca-qaqauzca, qaqauzca-Azərbaycanca, Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca, Azərbaycanca- qazaxca, qazaxca-Azərbaycanca ikidilli lüğətləri nəşrə hazırlanır.

- İnsan faktoru dildə öz əksini neçə tapır?

- Türk insanının intellekti ilə əlaqədar dil və türkoloji dilçilik araşdırmalarına geniş yer verilməlidir. İnsan faktoru həmin istiqamətdəki araşdırmaların mərkəzində dayanmalıdır. İndi get-gedə yeni dil gercəklikləri formalaşır. Bu nöqteyi-nəzərdən türk dillərinin bilavasitə gerçəkliyi, yaxud varlığı deyil, insan hafizəsindəki konseptual tablonu əks etdirdiyi də bəllidir. Bir sözlə, türkoloji dilçilikdə də məzmun və mahiyyət etibarilə yeni mövzular tədqiqat obyekti olmalıdır. Yeni mövzular isə əsas etibarilə bu gün koqnitiv yöndə aparılmalıdır. Gələcəkdə dünya dilləri sistemində türk dilini xarakterizə edən inkişaf xüsusiyyətlərini araşdırmaq fikrindəyik. Bu əlamətlərdən biri tarixi mərhələlər arasında anlaşmanın saxlanmasıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin Azərbaycandakı səfiri: 2008-ci ildən etibarən Azərbaycandan 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir