İsmayıllıda il ərzində vətəndaşlardan 41 ov tüfəngi götürülüb
Bakı, 16 noyabr, AZƏRTAC
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirləri davam etdirirlər.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, keçirilən növbəti tədbirlərlə rayon sakinindən qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Qeyd olunub ki, bu il ərzində rayon polis şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlər zamanı vətəndaşlardan müvafiq sənədləri olmadan saxladıqları ümumilikdə 41 ədəd ov tüfəngi götürülərək aidiyyəti üzrə təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 05.10.2026 [11:51]
Hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilir
- 05.10.2026 [11:40]