Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İspandilli oxucular Azərbaycan reallıqları haqqında məlumatlandırılıb

İspandilli oxucular Azərbaycan reallıqları haqqında məlumatlandırılıb Bakı, 8 sentyabr (AZƏRTAC). İspandilli populyar “Diario Siglo XXI”, “Sur1810” və “Eurasia Hoy” analitik-xəbər portalları Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadənin müsahibəsini yayıb.

AZƏRTAC xəbər verir ki, beynəlxalq məsələlər üzrə tanınmış ekspert Peter Tasenin götürdüyü müsahibədə səfir Azərbaycanın tarixi, mədəni irsi, müstəqillik yolu, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkəmizin inkişaf strategiyası, sosial-iqtisadi yüksəlişi, xarici siyasəti, Latın Amerikasına olan diqqəti, habelə Azərbaycan-Argentina əməkdaşlığı haqqında danışıb.

Səfir deyib ki, qədim tarixə, zəngin mədəniyyətə, ədəbiyyata malik Azərbaycan tanınmış ziyalıların, filosofların, şairlərin, memarların, musiqi və incəsənət xadimlərinin beşiyidir. Azərbaycan xalqının dünya bəşəriyyətinin xəzinəsinə olan töhfəsi çox böyükdür.

Diplomat bildirib ki, Azərbaycanın coğrafi mövqeyi müxtəlif çeşidli mədəni tərkibin formalaşmasına yol açıb. Azərbaycan hər zaman fərqli dinlər, etnik qrupların birgə yaşadığı tolerantlıq məskəni olub.

M.Əhmədzadə qeyd edib ki, 1918-ci il mayın 28-də Azərbaycan xalqı tarixə müsəlman Şərqində ilk dünyəvi dövlətin, demokratik respublikanın əsasını qoymuş xalq kimi düşdü. Lakin təəssüf ki, bu dövlət qurulduqdan 23 ay sonra regiondakı mürəkkəb geosiyasi vəziyyət nəticəsində süqut etdi.

1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Lakin bu dəfə ölkəmiz suverenliyinə qarşı yönələn müxtəlif təhdidlər, daxili mübarizələr, iqtisadi çətinliklər və xüsusilə Ermənistan tərəfindən etnik təmizlənmə və hərbi təcavüz ilə üzləşdi. Nəticədə Dağlıq Qarabağ və ona bitişik yeddi rayon daxil olmaqla Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edildi və bir milyondan artıq azərbaycanlı öz evlərini tərk etməyə məcbur qaldı.

Belə bir mürəkkəb vəziyyətdə 1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. Həmin andan etibarən onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan öz müstəqilliyini və suverenliyini möhkəmləndirdi. Heydər Əliyevin strategiyasını davam etdirən Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan bu gün dünya miqyasında yüksək iqtisadi inkişaf tempinə malik ölkəyə və regional liderə çevrilib.

Səfir müsahibədə Azərbaycanın son illər əldə etdiyi nailiyyətlərdən də ətraflı bəhs edib. M.Əhmədzadə deyib: “Bu gün Azərbaycan müstəqil, güclü və müasir bir ölkədir. Hazırda uğurla həyata keçirilməkdə olan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası növbəti illərdə bütün sahələrdə dayanıqlı inkişafın təmin edilməsi, Azərbaycanda həyat səviyyəsinin daha da yüksəlməsi və ölkənin beynəlxalq nüfuzunun daha da güclənməsinə yönəldilib”.

Azərbaycanın müxtəlif sahələrdə beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini deyən diplomat ölkənin xarici siyasətindən də danışıb. O deyib: “Azərbaycan çox dinamik və fəal xarici siyasət yürüdür. Şəffaflıq, müəyyənlik və praqmatizm ölkəmizin xarici siyasətinin başlıca təməllərini təşkil edir”.

M.Əhmədzadə oxucuları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumatlandırıb. O bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün çalışır və bu da ölkə üçün sülhün nə qədər çox əhəmiyyət kəsb etməsinin göstəricisidir. Azərbaycan heç bir zaman ərazilərinin işğalı ilə barışmayacaq və öz ərazi bütövlüyünün bərpası yolunda heç nəyi əsirgəməyəcək.

Azərbaycan-Argentina əlaqələrindən danışan səfir çoxsaylı rəsmi səfərlərin, imzalanmış sənədlərin hər iki xalqın yaxınlaşmasına və ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına təkan verdiyini vurğulayıb. Təhsil sahəsində əməkdaşlıqda da yüksək nəticələr əldə olunduğunu bildirən diplomat ADA Universiteti ilə Milli Diplomatik Xidmət İnstitutu (İSEN) arasındakı möhkəm əlaqələri qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Binəqədidə 20 yaşlı bacısını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

“Asiya uşaqları” Oyunları: Azərbaycan üzgüçüsü qızıl medal qazanıb

Stoltenberq: Çin NATO-nun maraqlarına meydan oxuyur

Media: NATO üzvləri kəşfiyyat təyyarələri tərəfindən toplanmış məlumatları Ukrayna ilə paylaşır

Albaniyanın əhalisi son 13 ildə 14 faiz azalıb

Putin və Lukaşenko Astanada ŞƏT sammiti çərçivəsində görüşəcəklər

Media: ABŞ NATO-nun Polşadakı bazasına “Abrams” tanklarını və digər hərbi texnikanı köçürüb

Mavritaniyanın hazırkı prezidenti seçkilərdə qalib gəlib

Şimali Koreya Yapon dənizinə doğru ballistik raket buraxıb

Karib dənizində “Beril” qasırğasının sürəti ən yüksək həddə çatıb

Keniya vergi qanunu ləğv edildikdən sonra 7,7 milyard dollar borc almağı planlaşdırır

Avro-2024: İspaniya millisi 1/4 finalda Almaniyaya rəqib olub

Kürdəmirdə minik avtomobili qoyun sürüsünü vurub, 15 heyvan tələf olub

Kiyevə raket hücumu olub, xəsarət alanlar var

Fransa: İfrat sağçılar hakimiyyətə doğru

Azərbaycan boks millisi Avropa çempionatını dörd medalla başa vurub

Bakı-Astara magistralında “Tır” yük avtomobili yanıb - YENİLƏNİB VİDEO

Azərbaycan sərbəst güləş millisi Avropa çempionu olub

Avro-2024: İngiltərə millisi əlavə vaxta qalib gələrək 1/4 finala yüksəlib

Füzuliyə AZAL-ın müntəzəm reysləri açılır

İctimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib

Qazaxıstanın Aktau şəhərində Atom Elektrik Stansiyasının tikintisi təklif olunur

Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti ucuzlaşacaq

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib

Şuşada ilk dəfə Kəlağayı festivalı təşkil olunub

Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Zelenski: ABŞ Ukraynanın NATO sammitinə dəvət edilməsinin tərəfdarı deyil

Dizayner Toğrul Babayev: Dizayn sahəsi perspektivli gənclərimiz üçün gələcəyə açılan qapıdır

Azərbaycan güləşçiləri “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında 3 medal qazanıblar

İsmayıllıda torpaq sürüşməsi səbəbindən Qoydan kəndinin sakinləri köçürülür

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Yasamal rayonunda ağacların kəsilməsi faktını araşdırıb

“Demirören Holdinq”in rəhbəri: Qarabağın bərpasına investisiya qoyuruq

“Azərbaycan Dizayn Sammiti 2024” keçirilib

İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub

Ukrayna 1000 kilometrdən çox uçuş məsafəsi olan hücum pilotsuz təyyarələrinin istehsalına başlayıb

"Turan Tovuz" futbolçusu ilə müqavilə müddətini uzadıb

Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının Astana sammitində iştirak edəcək

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid test imtahanı keçirilib

Serbiyada təhlükəsizlik tədbirləri gücləndirilib

Zelenski: Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var

Hərbi institutda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib

SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri məlum olub

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

III Bakı Piano Festivalı Braziliya sambası konserti ilə başa çatıb

UNEC rektoru abituriyent və valideynləri görüşə dəvət edir

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin üzvləri Özbəkistana səfər ediblər

Azərbaycanın energetika naziri İtaliyaya səfər edib

Xarici işlər nazirinin müavini Xorvatiyada işgüzar səfərdə olub

Rusiyanın Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib

Azərbaycan cüdoçuları VIII "Asiya Uşaqları" Oyunlarında 4 medal qazanıblar

Fransada növbədənkənar parlament seçkiləri üzrə səsvermə başlayıb

Bakının Nizami rayonunda hərbi sursat aşkar edilib VİDEO

Bakı Ali Neft Məktəbinin ikinci komandası da 100 min dollar investisiya qazanıb

Amerika Kuboku: Argentina və Kanada 1/4 final mərhələsinə vəsiqə qazanıb

DİN və DSX-nin birgə əməliyyatı zamanı 180 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Avro-2024: Daha iki komanda 1/4 final mərhələsinə vəsiqə qazanacaq

"Asiya uşaqları" Oyunlarının qızıl mükafatçısı: Qızıl medal qazanacağıma əmin idim

İyunun 30-u akademik Cəlal Əliyevin doğum günüdür

Həyat risklərimizə sığorta sipəri: təminatlar və şərtlər

Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik vasitə aşkar edilib

İmişlidə müxtəlif növ silah-sursat tapılıb

4SİM-in nümayəndəsi: SABAH.HUB-la ölkədə süni intellekt sahəsində layihənin həyata keçirilməsi nəzərdə tutulub

Azərbaycan üzgüçüsü “Asiya uşaqları” Oyunlarında qızıl medal qazanıb

DİM: Bu gün 2500-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir

 “SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilir

Bu gün abituriyentlər Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı verirlər

“Fiqaronun toyu” tamaşası 84 ildən sonra ilk dəfə Azərbaycan səhnəsinə çıxıb

Çindən Orta Dəhliz vasitəsilə Türkiyəyə yeni yük qatarı marşrutu açılıb VİDEO

Azərbaycanın sərbəst güləşçisi Avropa çempionu olub

Prokurorluq Astarada baş verən qəsdən adam öldürmə faktına görə cinayət işi başladıb

Avro-2024: Almaniya millisi inamlı qələbə ilə 1/4 finala yüksəlib

Qaxda baş verən qəzada bir ailənin üç üzvü ölüb - YENİLƏNİB VİDEO

Astarada güllələnmə olub, bir nəfər ölüb - YENİLƏNİB

Avro-2024: Almaniya-Danimarka matçı bərpa olunub - YENİLƏNİB

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasının nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin TƏQVİM PLANI

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

AZƏRTAC-ın əməkdaşı dövlət qurumları arasında oxatma yarışının qalibi olub

Avro-2024: İsveçrə millisi İtaliyanı məğlub edərək 1/4 finala yüksəlib

FHN-in qüvvələri Hacıqabulda subasmaya məruz qalan ərazilərə cəlb olunublar VİDEO

“Neftçi” “Qəbələ”nin yetirməsini transfer edib

“Qarabağ” Abdullah Zubirlə müqaviləni uzadıb

“Neftçi” Monteneqro millisinin futbolçusunu transfer edib

Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi finala vəsiqə qazanıb

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinə yekun vurulub

ƏƏSMN: Pensiyanın bir növündən digər növünə keçid də proaktiv qaydada həyata keçiriləcək

Gəncədə zəncirvari yol qəzası olub VİDEO

FHN: Torpaq sürüşməsi səbəbindən Qoydan kəndində təhlükə altında olan evlərin sakinləri köçürülür

Budapeşt Avropa İttifaqına sədrliyin qəbul edilməsi ərəfəsində yenidən Brüsseli tənqid edib

Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə rəsmən start verib  YENİLƏNİB VİDEO

Belaruslu mütəxəssis: Bakıdakı festival Şahmat Olimpiadası üçün yaxşı sınaq olacaq

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Sahil zolağı tullantılardan təmizlənib