İspaniya: Adi həyat tərzinə qayıtmaq barədə danışmaq hələ tezdir
Madrid, 1 iyul, AZƏRTAC
İspanların yerdəyişmə azadlığı qaytarılmasına baxmayaraq, adi həyat tərzinə qayıtmaq barədə danışmaq hələ tezdir.
AZƏRTAC İspaniya KİV-lərinə istinadla xəbər verir ki, Kralın Konqres tərəfindən qəbul edilmiş yeni fərmanı koronavirusun yayılmasına qarşı mübarizə şəraitində riayət edilməsi zəruri olan davranış qaydalarını tənzimləyir. Bu tədbirlər ölkədə virusun ikinci dalğasının qarşısını almağa yönəlib.
Yaşı 6-dan yuxarı olan şəxslərin maska taxması əvvəlki kimi məcburidir. Təkcə ictimai nəqliyyatda deyil, sizinlə bir yerdə yaşamayan şəxs sizin şəxsi avtomobilinizdə getdiyi halda bu avtomobildə də maska taxmaq lazımdır. Bundan əlavə, küçələrdə, açıq məkanlarda və ya ümumi istifadəli hər hansı qapalı yerlərdə maska taxılması zəruridir.
Qanunun bir mühüm bəndi 1,5 metrlik sosial məsafəyə riayət edilməsi barədədir. Mehmanxanalarda və restoranlarda, o cümlədən terraslarda insanlar (həm işçilər, həm də müştərilər) arasında məsafə bundan az olmamalıdır.
Bu qaydaların pozulmasına görə cərimənin məbləği pozuntunun və onun doğura biləcəyi riskin dərəcəsindən asılı olacaq.
Xatırladaq ki, koronavirus ilə əlaqədar elan edilmiş fövqəladə vəziyyətin müddəti iyunun 21-də başa çatıb. Ölkədə fövqəladə vəziyyət müddətində təhlükəsizlik qaydalarının pozulmasına görə 9000 nəfər saxlanılıb, 1,2 milyon cərimə yazılıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:18]
Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb
- 07.10.2026 [13:10]
Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]