İSPANİYA BU ÖLKƏYƏ GƏLƏN AVİASƏRNİŞİNLƏR BARƏDƏ MƏLUMAT TƏLƏB EDİR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, İspaniyanın Daxili İşlər Nazirliyi bu ölkə ilə işləyən aviaşirkətlərə uçuş ərəfəsində bütün sərnişinlər barədə məlumat verməyi həvalə etmişdir. Bu tədbirdən məqsəd terrorizm və qanunsuz immiqrasiya ilə mübarizə aparmaqdır. Siyahılarda sərnişinin adı və soyadı, vətəndaşlığı, doğulduğu il və yer göstərilməli, haradan gəlib haraya və nə üçün getdiyi və sair barədə məlumat verilməlidir. Hesab olunur ki, sərnişin mənzil başına çatanadək nazirlik şübhəli sərnişinləri aşkar edə bilər.
ABŞ da ölkəyə reysləri olan bütün aviaşirkətlərdən belə məlumat tələb edir. Bu tədbir 2001-ci il sentyabrın 11-də terror aktlarından sonra tətbiq edilməyə başlamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [21:45]
Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar
- 06.10.2026 [19:12]
Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]