İspaniya La Liqası: “Real Madrid” səfərdə minimal hesabla qələbə qazanıb
Bakı, 14 iyul, Nicat Məmmədov, AZƏRTAC
İyulun 13-də futbol üzrə İspaniya La Liqasının 36-cı turunun son oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, turun son oyununda “Real Madrid” klubu səfərdə “Qranada” komandasının qonağı olub.
“Nuevo Los Carmenes” stadionunda keçirilən görüş Madrid təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb - 2:1.
“Kral” klubun heyətində Ferland Mendi, Kərim Benzema fərqləniblər. “Qranada”nın yeganə qolunu isə Darvin Macis vurub.
Bu qələbədən sonra xal ehtiyatını 83-ə çatdıran “Real Madrid” turnir cədvəlində liderliyini davam etdirir. “Qranada” isə 50 xalla 10-cu yerdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]