İspaniya Superkubokunun ilk finalçısı “Real Madrid” olub
Bakı, 11 yanvar, AZƏRTAC
İspaniya Superkubokunun ilk finalçısı bəlli olub.
AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən yarımfinal mərhələsinin ilk cütündə “Real Madrid”lə “Atletiko Madrid” üz-üzə gəlib.
Əsas vaxtı 3:3 hesabı ilə bitən matçda əlavə vaxt oynanılıb.
Oyunda hesabı 6-cı dəqiqədə Mario Hermoso açıb. Antonio Rüdiger 20-ci dəqiqədə hesabı bərabərləşdirib. 29-cu dəqiqədə Ferland Mendi “Kral klubu”nu hesabda önə çıxardıb. Lakin Antuan Qrizman 37-ci dəqiqədə tablodakı rəqəmləri eyniləşdirib. 78-ci dəqiqədə Antonio Rüdiger avtoqol müəllifi olub. Ruhdan düşməyən Karlo Ançelottinin komandası 85-ci dəqiqədə Daniel Karvaxalla hesabı yenidən bərabərləşdirib.
Matçın 116-cı dəqiqəsində Stefan Saviç avtoqol müəllifi olub. 122-ci dəqiqədə isə Brahim Diaz yekun hesabı təyin edib.
Beləliklə, rəqibini 5:3 hesabı ilə məğlub edən “Real Madrid” İspaniya Superkubokunun finalına vəsiqə qazanıb.
Qeyd edək ki, yarımfinalın növbəti qarşılaşması “Barselona” ilə “Osasuna” arasında olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]