İspaniya Ukraynaya 1 milyard avro məbləğində hərbi yardım ayıracaq
Bakı, 24 fevral, AZƏRTAC
İspaniya hökuməti Ukraynaya 1 milyard avro məbləğində hərbi yardım təqdim edəcəyini elan edib.
AZƏRTAC İspaniyanın gündəlik “ABC” qəzetinə istinadla xəbər verir ki, bu barədə bazar ertəsi İspaniya hökumətinin rəhbəri Pedro Sançes məlumat verib.
Ukrayna Prezidenti Volodimir Zelenskiyə və digər Avropa liderlərinə, Aİ nümayəndələrinə və Kanadanın Baş nazirinə müraciətində Sançes bildirib ki, yalnız Kiyev öz gələcəyini müəyyən edə bilər. O qeyd edib ki, sülhün səmərəli olması üçün təkcə atəşkəs rejiminin əldə edilməsi kifayət deyil.
“Ukrayna ədalətli və davamlı sülhə nail olmalıdır. Bütün avropalıların azadlığı, təhlükəsizliyi və gələcəyi bundan asılıdır”, - deyə Sançes vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:23]
Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb
- 30.09.2026 [16:04]
Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]