İspaniyada Kataloniya separatçıları üçün amnistiya qanunu qüvvəyə minir
Bakı, 11 iyun, AZƏRTAC
Kataloniya regionunun İspaniyadan ayrılması üçün keçirilən referendumun iştirakçıları əfv edilə bilər.
AZƏRTAC xəbər verir ki, bununla bağlı amnistiya qanunu İspaniyanın rəsmi qəzetində dərc olunduqdan sonra qüvvəyə minəcək. Ölkədə etirazlara səbəb olan qanun layihəsi mayın 30-da İspaniya parlamenti tərəfindən təsdiqlənib.
Təxminən 370 nəfəri əhatə edəcək qanun İspaniya regionunun sabiq lideri Karles Puçdemonun “Kataloniya üçün birlikdə” partiyasının dəstəyi sayəsində ərsəyə gəlib. Amnistiya Kataloniyada “birgə yaşayışı normallaşdırmaq” məqsədi daşıyır.
Qanun sağçı müxalifətin kəskin tənqidi ilə üzləşib. Onlar Krallığın Konstitusiya məhkəməsinə və Avropa İttifaqı məhkəməsinə bununla bağlı apelyasiya şikayəti verməyi planlaşdırırlar.
Amnistiya, həmçinin 2017-ci ildə Kataloniyanın müstəqilliyi ilə bağlı referendumunun keçirildiyi vaxt regionun rəhbəri olan Karles Puçdemona da şamil edilə bilər. İspaniyanın müdaxiləsindən sonra ölkədən qaçmağa məcbur qalan siyasətçi artıq Krallığa qayıtmağa hazır olduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]