İsrail hərbçiləri Qəzza yaxınlığında HƏMAS-ın ən böyük yeraltı tunelini aşkarlayıblar
Bakı, 18 dekabr, AZƏRTAC
İsrail Müdafiə Qüvvələri HƏMAS-ın indiyə qədər ən böyük yeraltı tunelini aşkar edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
İsrail hərbçiləri Qəzza zolağının şimalında, İsraillə keçid məntəqəsinin yaxınlığında bu tunelin dəhlizlərindən birinə rast gəliblər. Tunel təxminən 4 kilometr uzunluğundadır və bəzi hissələrdə yerin səthindən 50 metr dərinlikdədir. Eyni zamanda, tunelin avtomobillərin oradan keçməsi üçün kifayət qədər geniş olduğu bildirilir.
Məlumata görə, tunel birbaşa İsrail ərazisinə daxil deyil, sərhəddən təxminən 400 metr aralıda bitir. Tuneldə bir neçə qol və qovşaq, həmçinin su, elektrik və kommunikasiya xətləri var. Hərbçilərin dediyinə görə, tunelin bəzi hissələrində İsrail hərbçilərinin içəri girməsinin qarşısını almalı olan “partlayış qapıları” tapılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]
ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq
- 07.10.2026 [14:47]
Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib
- 07.10.2026 [14:18]