İsraildə Holokost qurbanlarının xatirəsi anılıb
Bakı, 18 aprel, AZƏRTAC
İsraildə II Dünya müharibəsi zamanı yəhudilərin soyqırımı nəticəsində ölənlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
AZƏRTAC xəbər verir ki, ölkədə aprelin 18-də milli yaddaş və matəm günü - Faciə və qəhrəmanlıq yaddaşı günü qeyd edilir. Səhər saatlarında İsrailin bütün yollarında avtomobillərin və avtobusların hərəkəti iki dəqiqəlik dayandırılıb. İnsanlar II Dünya Müharibəsi illərində qətlə yetirilən 6 milyon yəhudinin xatirəsi qarşısında baş əyib.
Saat 13:00-da Qüdsdəki “Yad va-Şem” Memorial Mərkəzində Holokost qurbanlarının xatirəsinə həsr olunan əsas anım mərasimi başlayıb. Mərasimdə İsrailin Baş naziri Binyamin Netanyahu, Prezident İsxaq Hersoq, Knessetin (parlament) spikeri Amir Ohana və Ali məhkəmənin sədri Ester Hayut iştirak ediblər.
Knessetdə səhər saatlarında başlayan mərasimdə isə Holokost qurbanlarının adları səsləndirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [21:45]
Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar
- 06.10.2026 [19:12]
Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]