İSRAİLDƏ RUSİYA 1-Cİ TELEVİZİYA KANALININ KUBOKU UĞRUNDA NÖVBƏTİ BEYNƏLXALQ FUTBOL TURNİRİ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, yanvarın 23-dən 31-dək İsraildə Rusiya Federasiyası 1-ci televiziya kanalının kuboku uğrunda növbəti beynəlxalq futbol turniri keçiriləcəkdir.
Yarışda iştirak edəcək 6 komanda iki qrupa bölünmüşdür. “A” qrupunda OMİK (Moskva), “Şaxtyor” (Donetsk) və “Beytar” (Yerusəlim), “B” qrupunda isə “Spartak” (Moskva), “Dinamo” (Kiyev) və “Srvena Zvezda” (Belqrad) klubları yarışacaqlar. Qrupların qalibi finalda görüşəcəklər.
Turnirin mükafat fondu 2 milyon ABŞ dollarıdır. Bu məbləğin 1 milyon dolları qalibə, 500 mini finalçıya veriləcəkdir. Qruplarda ikinci yeri tutanların hərəsinə 150 min, üçüncü yerdə qalanların hər birinə isə 100 min dollar çatacaqdır.
Təşkilatçıların şərtinə görə, klublar aldıqları mükafatın yarısını uşaq-yeniyetmə futbolunun inkişafına yönəltməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]