İsraildə törədilən terror aktında ölən və yaralananlar turistlərdir
Bakı, 8 aprel, AZƏRTAC
İsrailin paytaxtı Təl-Əvivdə törədilən terror aktı nəticəsində ölən və yaralananlar turist olub.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Tibbi Yardım Xidməti məlumat yayıb.
Qeyd olunub ki, xəsarət alan turistlər tibb müəssisələrinə yerləşdirilib.
Ölən şəxs İtaliyadan gələn qonaq olub. Yaralananlardan üçünün vəziyyəti orta-ağırdır. Digər iki nəfərin xəsarətləri isə yüngüldür.
Xatırladaq ki, terrorçu əvvəlcə avtomobillə bir neçə piyadanı vurub, sonra avtomobilindən düşüb və bir neçə nəfəri güllələməyə cəhd edib. Bundan sonra polis onu zərərsizləşdirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]