İSRAİLDƏ XOCALI FACİƏSİNİN İLDÖNÜMÜ QEYD OLUNACAQDIR
Tədbir iştirakçılarına 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyəti və hərbi texnikasının köməyi ilə Xocalı şəhərini işğal edərək Azərbaycan xalqına qarşı misli görünməmiş soyqırımı törətməsi, bir gecədə 613 nəfərin, o cümlədən 63 uşaq, 106 qadın, 70 qocanın xüsusi amansızlıqla qətlə yetilməsi, insanların başlarının, ayrı-ayrı əzalarının kəsilməsi, gözlərinin çıxarılması, hamilə qadınların süngüdən keçirilməsi və digər vəhşilikləri barədə məlumat veriləcəkdir.
Türkiyənin İsraildəki səfirliyinin dəstəyi ilə keçiriləcək aksiyada iştirakçılara ermənilərin zaman-zaman türklərə və azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərlə bağlı kitablar, materiallar, DVD və CD-lər paylanacaq, erməni terrorunu əks etdirən fotostendlər təşkil olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]