İSTANBUL POLİSİ TƏHLÜKƏSİZLİK İDARƏSİNİN BİNASI ÖNÜNDƏ BOMBA PARTLATMIŞ ADAMI YAXALAMIŞDIR
Martın 17-də isə iki naməlum şəxs şəhərin küçələrində patrul xidməti aparan polis maşınına hücum etməyə cəhd göstərmişdir. İçərisinə yandırıcı qarışıq maddə doldurulmuş butulkalardan istifadə edən cinayətkarların ikisi də həbs olunmuşdur.
Bu hadisələr İstanbulda mason təşkilatına qarşı terror aktından bir həftə sonra baş vermişdir. Həmin terror aktı nəticəsində iki nəfər həlak olmuş, 7 nəfər isə yaralanmışdır.