Azərbaycan Dövlət İnformasiya Agentliyi

İSTANBULDA “AVRATLANTİK İTTİFAQI YOL AYRICINDA” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS

İyunun 26-da İstanbulun “Çırağan” mehmanxanasında Qara dəniz hövzəsi ölkələri üçün təşkil olunmuş “Avratlantik İttifaqı yol ayrıcında” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev konfransda iştirak etmişdir.

Konfransı NATO üzrə Amerika Komitəsinin prezidenti və həmsədri BRYUS CEKSON açdı:

Mən istərdim ki, hamınızı Avratlantikanın Qara dəniz hövzəsi ətrafındakı perspektivləri ilə bağlı müzakirələrdə salamlayım. Zənnimcə, elə mövzunun adı kifayət qədər məlumat verir. Burada çıxış edənlər Qərbin münasibətini, məsələyə öz baxışlarını ifadə edəcəklər.

İcazə verin, natiqləri sizə təqdim edim. Gürcüstan Prezidenti Mixail Saakaşvili. Onun liderliyi və məşhur “qızılgül inqilabı” Vatslav Havelin “inkişaf inqilabı” ilə müqayisə olunur. Çoxları bu fikirdədir ki, bu onillikdə Tbilisidə baş verənlər, keçən əsrin son onilliyində Praqada baş verən hadisələrə çox bənzəyir.

Azərbaycanın Prezidenti İlham Əliyev. Onun ölkəsi Avropadan Mərkəzi Asiyaya pəncərə rolunu oynayır, eynilə Türkiyə Avropa ilə Yaxın Şərq arasında pəncərə olduğu kimi. Onun ölkəsi Avropanın enerji təhlükəsizliyi mövzusunun əsasını təşkil edir. Eyni zamanda, ölkədə dondurulmuş münaqişə də mövcuddur. Prezident Əliyevin liderliyi ilə Bakıda böyük dəyişikliklər müşahidə olunur.

Mirca Coane Avropada tanınmış xarici işlər nazirlərindən biridir. Yorulmadan öz ölkəsinin xarici siyasəti üçün işləyir. Onun nazirliyi dövründə ölkə bir sıra nailiyyətlər əldə etmişdir. Ölkəsi bu sammitdə yeni NATO-nun yeni üzvü kimi təmsil olunur. NATO-nun yeni üzvlərinin əhalisinin 50 faizdən çoxu Rumıniya vətəndaşlarıdır. Nazir NATO-ya daxil olmaq kampaniyasının aparıcısı, NATO-nun cənub strategiyasının təşəbbüskarı olmuşdur. Polşa NATO-ya üzv kimi daxil olduğu dövrdən sonra Rumıniya bu sahədə ən çox fəallıq göstərən ölkə kimi tanınmışdır.

Əhməd Davudoğlu, sadəcə, Ankaranın Kondoliza Raysıdır. Adətən, əldə olunan nailiyyətlər Baş nazirin adına yazılır və müşavirlərin adına tərif söylənilmir. Lakin son 18 ay müddətində Türkiyədə demokratik islahatlar sahəsində onun böyük rolu olmuşdur. Düşünmürəm ki, bu, təsadüfdür. Ümid edirəm ki, dekabr ayında Avropa Birliyində Türkiyənin məsələsi müzakirə olarkən bu uğur nəzərdən qaçmayacaq və Avropa Birliyi Türkiyə ilə danışıqlara başlamaqdan ötrü vaxt təyin edəcəkdir. Bu, qısaca bizim natiqlər haqqında.

Yaxın Şərqdə və ətraf regionlarda demokratiya haqqında danışarkən həmişə düşünmək lazımdır ki, nəyə görə bizdə inam vardır ki, ixrac olunan digər məhsullar kimi, demokratiyanı başqa ölkələrdə yaymaq mümkündür? Nəyə görə biz düşünürük ki, tarixi bir an çatacaq ki, siyasi azadlıqlar və demokratiyanın qüvvəyə minməsi labüd olsun? Ötən əsr müddətində, xüsusilə də, əsrin ikinci yarısında Avropada baş verən transformasiya bunun labüdlüyünə əsas verir. Lap yaxınlarda isə bu transformasiya Mərkəzi və Orta Asiyada baş verdi. Demokratik islahatlar və inqilabi dəyişikliklər qüvvəyə minəcəkdir.

Bugünkü gündə həmin islahatların və dəyişikliklərin baş verə biləcəyi ən ilk region Qara dəniz hövzəsidir. Aşağıdakı səbəblərə görə bunu qətiyyətlə demək olar. Regiondakı 8 ölkədən 3-ü NATO-nun və Avropa Birliyinin üzvüdür. Yalnız Ukrayna və Rusiya ilə 26+1 formatı üzrə iş aparılır. Qara dəniz hövzəsindəki bütün ölkələr Avropanın qonşuluq siyasətinə daxil edilmişdir. Yalnız Aralıq dənizi hövzəsində proseslər eyni sürətlə gedir. Sizə məlum olduğu kimi, Cənubi Qafqaz ölkələri bir neçə gün əvvəl Avropanın qonşuluq siyasətinə daxil edilmişdir. Məlum olduğu kimi, müasir dövrdə biz bütün demokratiyalara Avropanın müəyyən etdiyi, Avropadakı dostlar və həmkarlarımızın tətbiq etdiyi demokratiya baxımından yanaşırıq. Qara dəniz hövzəsi ölkələrinin həmin standartlara yaxınlaşmasını uzunmüddətli bir proses kimi nəzərdən keçirsək, ölkələrin liderlərinin bu barədəki fikirlərini öyrənmək çox yaxşı olar. Bugünkü çıxışlara başlamazdan əvvəl xahiş etmək istəyirəm ki, uzun çıxış etməyəsiniz. Kopenhagen meyarlarına, Avropa standartlarına riayət edəsiniz. Çıxışlarınızı, sözünüzü qəti, lakin qısa ifadə etməyinizi xahiş edirəm. Bir qədər də çərçivədən kənara çıxacağıq. Bugünkü görüşü soldan sağa prezidentlərin çıxışı ilə yox, xarici işlər nazirinin çıxışı ilə başlayacağıq. Buyurun, Mister Coane.

RUMINİYANIN XARİCİ İŞLƏR NAZİRİ MİRÇA COANENİN

ÇIXIŞI

- Mənə söz verdiyinizə görə minnətdarlığımı bildirirəm.

Hörmətli prezidentlər, əziz qonaqlar!

İcazə verin, iki azadlıq carçısını da burada salamlayım. Onlar bizim

aramızdadırlar. Burada, salonda əyləşən dinləyicilərdirlər. German Marşall Fondunun (GMF) əməkdaşlarını salamlayıram. Gəlin prosesi haradan başladığımızı ərz edim. Yəni bizim millətlər ailəsinin əsl birləşmə prosesini nəzərdə tuturam. Biz işimizi ardıcıl, sakit yerinə yetirirdik. Cənab Prezident Saakaşvili, Sizə deyim ki, Buxarestdə biz GMF qrupu ilə çalışarkən Sizin ölkədə “qızılgül inqilabı” baş verdi. Sizin ölkədən də bəzi nümayəndələr bizim görüşlərdə iştirak edirdilər. Onlar indi burada bizim dinləyicilər arasındadırlar. Burada pəncərədən baxsaq, Bosfor boğazını görərik. Xatirinizə gəlirsə, qədim yazıların birində deyilirdi ki, Nuhun gəmisi Bosforu keçib Qara dənizə girmişdi və bu, bir zarafat deyildir. Milli Coğrafiya İnstitutunun alimləri tədqiqat aparmışlar ki, həqiqətən də, o gəmi bu marşrutla keçmişdir və demokratiyanın da yayılma marşrutu bu yol ilə gedəcəkdir. Bizim yunanıstanlı və romalı əcdadlarımızın üzdüyü Qara dəniz Avropa dənizidir. Daha sonra Qara dəniz əsrlər boyu mübahisə obyektinə çevrilmişdir. Əsas qüvvələr bu dənizə sahib olmaq üçün müharibələr etmişlər. Çalışmışlar ki, bu strateji əraziyə nəzarət etsinlər. Bu dəniz elə bir strateji ərazidə yerləşib ki, Avropanı, Kiçik Asiyanı və Qafqazı birləşdirir. Qara dənizin səthi və sahilləri farsların, rusların, osmanlıların və digərlərinin üstünlük qazanmaq üçün uzun illər apardığı böyük oyunların şahidi olmuşdur. Bu gün isə Qara dəniz başqa tarixi missiyanı yerinə yetirir. Onun qərbində Rumıniya və Bolqarıstan Türkiyə ilə birlikdə NATO-ya daxil olmuşlar. Biz həm də Avropa Birliyinə qəbul olunmuşuq və ümid edirik ki, türkiyəli dostlarımız da bu nailiyyəti əldə edəcəklər.

Şərq sahilində Gürcüstan qətiyyətli islahatlara başlayıb və Avratlantik İttifaqına inteqrasiya siyasətini gücləndirmişdir. Azərbaycan və Ermənistan da NATO və Avropa Birliyi ilə əlaqələrin artması üçün böyük səylər göstərirlər. Ukrayna demokratik konsolidasiya yolunda tərəqqi əldə edibdir, NATO və Avropa qurumları ilə əlaqələri daha da sıxlaşdırır. Qara dəniz hövzəsindəki bütün ölkələr qərb təsisatları ilə islahatlar aparılması sahəsində əməkdaşlığa qatılıblar. Adını çəkdiyim əməkdaşlığa “Sülh naminə tərəfdaşlıq” proqramını aid etmək olar. Eləcə də, NATO-Rusiya və NATO-Ukrayna məsləhətləşmələri də bu qəbildəndir. Region ölkələri indi Bolqarıstanın sədrlik etdiyi ATƏT-lə də əməkdaşlıq edirlər. Şimali Atlantika Alyansı sərhədlərini aşaraq, Əfqanıstanda da, Yaxın Şərqdə də yardımçı olmağa cəhd göstərir.

“Soyuq müharibə”dən sonra baş verən təkamül prosesi və NATO-nun transformasiyası Qara dəniz hövzəsi ölkələrini dəyişikliklərin ön cəbhəsinə çəkmişdir. İndi Avratlantik İttifaqının əlaqələndirilmiş qətiyyətli addımlarına ehtiyac vardır. Uzun müddətə nəzərdə tutulmuş dəyişikliklər prosesinə yeni güc verilməsi gərəkdir. Bu cür fəaliyyətə hazırkı dövrdə mənəvi ehtiyac var. Çünki demokratiya və azadlığı qorumaqdan ötrü Avropaya yüksək standartlar divarı qurmaq yox, ümumi dəyərlərlə yaşayan icmalar yaratmaq lazımdır. Bu yaxınlarda Balkanlarda baş verən qarışıqlıq, Cənub-Şərqi Avropanın tarixindən alınan dərslər bizə öyrədir ki, Avropanın bir hissəsində iqtisadi çətinliklər, uzun-uzadı münaqişələr, cinayət hadisələri tüğyan etdiyi bir zamanda, onun digər hissəsi özünü xoşbəxt hesab edə bilməz. Demaqoqlar və populistlər baş qaldırmazdan əvvəl demokratlara səlahiyyətlər verilməlidir. Demokratik icma Balkan yarımadasında gedən proseslərə vaxtında reaksiya vermişdi. Bu gün bu ərazi böyük dəyişikliklər ərəfəsindədir. Cəmi bir neçə il bundan əvvəl hamıya elə gəlirdi ki, bu regionun heç bir perspektivi yoxdur. İndi isə biz düzgün istiqamətdə irəliləyirik. Qərbi Balkanların təcrübəsi yeni şəraitin nəzərə alınması ilə Qara dəniz regionuna da tətbiq edilməlidir. Avratlantik qurumunun Qara dəniz siyasətini hazırlamağının strateji zərurəti də vardır. Bu ərazidə sabit və güclü demokratiya olmasını Avropa çox istəyir. Ərazidəki kövrək ölkələrin demokratiya və suverenliyinin gücləndirilməsi üçün Avropa icmasının və Avratlantik qurumunun Moldovadan Gürcüstanadək ardıcıl və fəal siyasəti olmalıdır. Hazırda Cənubi Qafqazda gedən proseslər iqtisadi dəstək almalıdır. Zaman keçdikcə, bu ölkələr regional əməkdaşlıq vasitəsilə daha da güclənəcəkdir. Bildiyiniz kimi, sabah burada, İstanbulda yeni üzvlərin NATO-ya qəbul edilməsi bir daha təntənəli surətdə təqdim olunacaqdır və düşünürəm ki, region ölkələrinin həmrəyliyi və birgə çalışması son nəticə üçün mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, eyni zamanda, Qərb Qara dəniz sahilində yerləşən Rusiya ilə də əlaqələrini genişləndirməlidir. Bunu etməkdən ötrü tərəflər cinahlar üzrə razılıq şərtlərinə əməl etməlidirlər.

Avropa Birliyi və Rusiya ilə dialoq yeni xarakter almalıdır. Qara dəniz regionunun sabitliyi və təhlükəsizliyi Avropanın daha geniş Yaxın Şərq siyasətini də asanlaşdıra bilər. Bildiyiniz kimi, son zamanlar biz “daha geniş”, “daha əhatəli” kimi söz birləşmələrindən çox istifadə edirik. Bu, sizə təəccüblü gəlməsin. Deməliyəm ki, Qara dəniz regionundakı problemlər həll olunduqdan sonra daha geniş Yaxın Şərq probleminin həlli də Avropa üçün bir qədər asanlaşacaqdır. Eyni zamanda, NATO ilə Avropa Birliyinin razılaşdırılmış təşəbbüsləri də olmalıdır. Bu gün nahar yeməyi zamanı Türkiyənin xarici işlər naziri Gül ilə söhbət vaxtı o bildirdi ki, Qara dəniz regionunun inkişafı və transformasiyası böyük əhəmiyyət daşıyır. Qeyd etdiyim kimi, Avratlantik Alyansının regionla bağlı yeni siyasəti vacibdir və dərk etmək lazımdır ki, bu region daha geniş Yaxın Şərqin bir hissəsi olmaqla bərabər, eyni zamanda, Avropanın da bir hissəsidir. Özü də təkcə coğrafi baxımdan yox, sivilizasiya baxımından da. Bir gün ərzində fantastik nailiyyətlər əldə edilməsi inandırıcı deyildir. Amma real cədvəl seçmək və məqsədə doğru daim irəliləmək lazımdır. Tam əhatəli, çoxşaxəli fəal iştirak, bu regionla bağlı Mərkəzi Avropa və Cənub-Şərqi Avropaya göstərilən münasibətin mövcudluğu uğura gətirib çıxaracaqdır. (Söz verirəm ki, mənim ölkəm buna hər cür dəstək verəcəkdir. Avropanı da, ABŞ-ı da çağırıram ki, regionda vətəndaş cəmiyyəti yaratmaq naminə əllərindən gələni etsinlər).

Avropa Birliyinin və NATO-nun genişlənməsindən alınan dərslər bizi öyrədir ki, lazımi keyfiyyətli dəstək vacibdir. Əlbəttə ki, regional liderlik də vacibdir və regional liderlər bugünkü görüşdə iştirak edirlər. Əlbəttə, qeyd etdiyim kimi, Avropa təşkilatlarının və Avratlantik İttifaqının dəstəyi vacibdir. Cənab Bryus işin səmərəsi haqqında danışdı. Mən Avropa Birliyinin və NATO-nun genişlənməsi ilə bağlı təcrübədən bilirəm ki, Avropanın müəyyən bir regionunda bir sıra ölkələrlə bağlı müəyyən proqram həyata keçirilən kimi, digər ölkələrlə bağlı proqram başlanmalıdır. Balkanlarda Xorvatiya Avropa Şurası ilə danışıqlara başladı. Dərhal üç Adriatik ölkəsi ilə, üstəgəl Bosniya-Herseqovina və Serbiya-Çernoqoriya ilə NATO-ya inteqrasiyaya və “Sülh naminə tərəfdaşlıq” proqramında əməkdaşlığa dair danışıqlar başlamalıdır. NATO fərdi fəaliyyət planı ilə Gürcüstan, Azərbaycan və Özbəkistanla daha yaxından işləməlidir. Avropa Birliyi dekabrda Türkiyəyə 2005-ci il üçün “yaşıl işıq” göstərdikdən sonra biz sabitləşdirmə və əməkdaşlıq fəlsəfəsindən artıq qəbul edilmə fəlsəfəsinə keçməliyik. Yəni Balkanlardan sonra Qara dəniz regionu ölkələri gəlməlidir. Bu prosesə təkamül və transformasiya baxışıdır və mənim ölkəm bu baxışı dəstəkləyir.

Sonda onu da demək istəyirəm ki, 1990-cı illərin əvvəllərində heç kim NATO-nun və Avropa Birliyinin genişlənəcəyinə inana bilməzdi. İndi gördüyünüz kimi, proses həyata keçib və davam edir. Elə bilirəm ki, Qara dəniz regionu bu prosesin davamı olacaqdır. Bu gün Qara dəniz regionu və daha geniş Qara dəniz regionu haqda danışırıqsa, biz Avropanın əsl birləşməsini nəzərdə tuturuq. Mən həqiqətən əminəm ki, bu proses uğurla tamamlanacaqdır. GMF təşkilatına və türkiyəli dostlarımıza bu konfransı keçirdiklərinə görə minnətdarlığımı bildirirəm. Mən bunu dəfələrlə demişəm. Mənim ölkəm NATO-ya və Avropa Birliyinə daxil olmaq üçün çox çalışıbdır.

Amma biz heç zaman, bütün qonşularımızın bu ailədə bizə qovuşacağı anadək, özümüzü rahat hiss edə bilmərik. Həqiqi siyasət və Avropanın birləşdirilməsi prosesi sona çatmaq üzrədir. Rumıniyanın milli maraqları – Balkanlarda və Qara dəniz bölgəsindəki dostlarımızı eyni ailədə birlikdə görməkdir. Cənab prezidentlər və əziz dostlar, mən sizə ölkəmin tam dəstəyini bildirirəm. Düşünürəm ki, bütün dünyadakı demokratiyanın dostları sizə bu işdə dəstək verəcəklər. Çox sağ olun!

GÜRCÜSTAN PREZİDENTİ MİXAİL SAAKAŞVİLİNİN

ÇIXIŞI

-Cənab nazirin maraqlı çıxışından sonra konkret mövzular haqda danışmaq çətindir. O, məsələyə daha geniş perspektivdən baxır və bizə bu proseslərdə kömək edir, bizi irəli çəkməyə çalışır. Rumıniyanın daxilindəki çətinliklərə baxmayaraq, o heç zaman bizi unutmur. O, həm də Avratlantik strukturlarına regional inteqrasiyanın tərəfdarıdır. Yəqin ki, hamı razılaşar ki, genişmiqyaslı siyasi transformasiyaları ölkə daxilindəki dəyişikliklər yaradır. Bizim regionda da belə olubdur. Mərkəzi Avropada da, Şərqi Avropada da 1990-cı illərdə belə olmuşdu. Hazırda tarixi təkamül prosesi Zaqrebdən Tbilisiyə və Bakıyadək olan ərazilər daxil olmaqla Cənub-Şərqi Avropada müşahidə edilir. Belə bilirəm ki, keçən il noyabrda Gürcüstandakı demokratik “qızılgül inqilabı” Avropanın təkamülündə dönüş nöqtəsi yaradan hadisə idi. Nəyə görə? İlk əvvəl Gürcüstan əhalisi avropalılara xas olan bir tərzdə öz demokratik gələcəklərini birdəfəlik müəyyən etmək qərarına gəldi. İkincisi, Cənubi Qafqazda demokratik dəyişikliklərin yer alması o deməkdir ki, regionda sivilizasiyalı cəmiyyətin transformasiyası prosesinə başlamaq olar. Bu dəyişikliklər bizə xatırladır ki, Cənubi Qafqazın da daxil olduğu Qara dəniz regionu, Avropa mədəniyyəti və özünüdərketməsinin ən qədim ocaqlarından biridir. Avropanın ən dərin strateji və iqtisadi maraqlarının cəmləşdiyi bu region dərin siyasi transformasiya prosesinə başlayıbdır. Bu transformasiya regionun Avropa üçün əhəmiyyətini təsdiq edir. Xüsusilə də ki, Gürcüstanın Avropa üçün oynayacağı ön cəbhə rolunu, Gürcüstanın təcrübəsini, bizim regionun çətinliklərini və ehtiyacı olduğu dəyişiklikləri əks etdirir.

Qarşımızda müəyyən çətinliklər vardır və onlara qarşı mübarizə aparmalıyıq. Birincisi, ölkənin birləşdirilməsi. Biz artıq gürcü millətinin birləşdirilməsi prosesini tamamlayırıq. Gürcüstanın “uğursuzluğa düçar olmuş ölkə” imicinə son qoyacağıq. Acarıstanla yaranmış münaqişədə biz siyasi əzmimizi ortaya qoyub sülh yolu ilə Gürcüstanın bu vacib strateji ərazisini siyasi sferamıza qaytara bildik. Separatist hərəkətlər nəticəsində yaranmış dondurulmuş münaqişə zonalarında kriminal ünsürlərin zərərsizləşdirilməsi qarşımızda duran digər məsələdir.

Biz artıq Cənubi Osetiyada qanunun aliliyinin yaradılması prosesinə başlamışıq. Biz Rusiya ilə qarşılıqlı hörmət əsasında razılığa gəlmişik ki, hərbi hissələr Gürcüstan ərazisindən ağrısız və tamamilə çıxarılsın. Regionda yarımhərbi vəziyyətdə olan qruplaşmaların da zərərsizləşdirilməsi lazımdır və bütün bu proseslərin açarı da demokratiyadır. Ölkədə genişmiqyaslı demokratikləşdirmə proqramı həyata keçirilir ki, bu da sovet irsini aradan götürmək və bazar iqtisadiyyatı yaradılması məqsədi daşıyır. Proqrama əsasən, bütün siyasi maraqlar ən yüksək səviyyədə təmsil olunacaqdır. Biz dramatik dəyişikliklər aparırıq.

Bütün region da dəyişilir, eyni transformasiyaya uğrayır. Düşünürəm ki, Gürcüstan, eyni zamanda, həm Avropa Birliyinə, həm də NATO-ya inteqrasiyanı həyata keçirir. Avropa Birliyi ölkəmizdə gedən bu prosesləri yüksək qiymətləndirərək, bizi daha geniş Avropa siyasətinə daxil etmişdir. NATO bizimlə fərdi fəaliyyət planı əsasında işləyəcəkdir. Qarşıda duran məqsəd bu prosesləri daha da dərinləşdirməkdir. Bizim strateji yönümümüz və dövlət quruculuğu planımız inteqrasiyadır. 3, 4, 5 il bundan əvvəl heç kim təsəvvürünə gətirməzdi ki, Gürcüstanın Prezidenti bu kürsüdən NATO üzvü və yaxud da ki, Avropa Birliyi ilə qonşuluq siyasəti haqqında danışa bilər. Amma bu, baş verir və bu transformasiya yalnız bizdə deyil, qərbi avropalılarda da heyrət doğurur. Artıq Qərbdə dərk edirlər ki, Mərkəzi və Şərqi Avropanın qəbul olunması nə isə qeyri-adi dramatik, qorxulu bir proses deyildir. Əksinə, bu, yaxşılığa doğru dəyişiklikdir. Hazırda Qərbdə - NATO-da və Avropa Birliyində anlayırlar ki, Avropanı eksklüziv üzvlər klubundan ümumi coğrafi-mədəni məkana çevirməyin vaxtı gəlib çatmışdır.

Qarşımızda bir sıra regional problemlər var. Biz siyasi və iqtisadi islahatları həyata keçirməliyik. Bu yolda biz, eyni zamanda, korrupsiyaya və cinayətkarlığa qarşı mübarizə aparmalıyıq. Bu bizi digər ölkələrdən fərqləndirən cəhətlərdir. Coğrafi siyasət yalnız hərbi bazaların yerləşdirilməsi deyil, adi bəyanatlar və təşkilatlarda üzvlük də coğrafi siyasəti müəyyən etmir. Coğrafi siyasət hökumətin fəaliyyətgöstərmə yolu deməkdir. Yəni ki, hökumətlərin təxminən eyni cür, eyni qaydalara əsasən fəaliyyətinə nail olmaq lazımdır.

Gürcüstan, həqiqətən, uğursuzluğa düçar olmuş ölkə idi. Təsisatları korrupsiyaya məruz qalmışdı. İnsanların idarəçiliyə ümidləri az idi. Bircə gecənin içərisində insanlar özləri dəyişikliyə nail oldular. Özlərini inandırdılar ki, bu, onların hökumətidir və bu hökumət onlara xidmət etməlidir. Hazırkı gündə korrupsiyaya qarşı qəti mübarizə aparılır, korrupsiyaya qurşanmış yüksək vəzifəli şəxslər yeni işgüzar, inamlı adamlarla əvəz olunur. Nazirlər daxil olmaqla ən yüksək rütbəli məmurlar işdən çıxarılır, rüşvətxorlar qanun tərəfindən təqib olunur. İnsanların sağlam münasibətlərə inamı güclənibdir. Bu mübarizədə biz gərək daha güclü olaq. Biz Birləşmiş Ştatların təklif etdiyi “minilliyin vəzifələri” planını qəbul etmişik. Bildiyiniz kimi, bu yeni ölkə üçün nəzərdə tutulmuş “Marşall planı”na bənzər bir plandır. Bu sahədə bizə yardım lazımdır. Çünki təsisatların quruculuğu prosesində yardıma ehtiyac duyulur.

Yardım yalnız konkret infrastruktur layihəsini əhatə etməməlidir. Əsas infrastruktur yaradılmalıdır. Çünki məndən soruşanda ki, özəlləşdirmə zamanı vəsait hansı sahəyə ayrılmalıdır, mən cavab verirəm, ilk növbədə, vəsait ədliyyə sisteminə, polisə, hökumətin idarə olunmasına sərf edilməlidir. Əsas vəsait buraya ayrılmalıdır ki, daha sonra bundan çıxış edərək yollar, məktəblər tikilsin, hökumətin fəaliyyəti üçün lazımi iqtisadi obyektlər açılsın. Ən ilkini isə dövlətçiliyin, idarəçiliyin əsası qoyulmalıdır. Və bu gün də qeyd etdiyim kimi “minilliyin vəzifələri” proqramı bizə çox yardım edir.

Regionda da görüləcək işlər çoxdur, regional əməkdaşlıq gücləndirilməlidir. Qara dəniz regional təhlükəsizlik sistemi yaradılmalıdır. Bu əməkdaşlıq yalnız Qara dəniz hövzəsini yox, daha geniş Yaxın Şərq adlandırdığımız regionu əhatə etməlidir. Burada Türkiyənin rolu olduqca böyükdür. O, təhlükəsizlik alyansının ən fəal iştirakçılarındandır. Cənubi Qafqaz ölkələri ilə, Ermənistan və Azərbaycanla sıx işləyirik. Xüsusilə də Azərbaycanın Prezidenti cənab Əliyevlə. Regional məsələlərdə əməkdaşlıqdan savayı, o, həm də mənim çox yaxın dostumdur. İnanıram ki, həmkarlarımızla birlikdə işimiz daha yaxşı ola bilər. Biz daha yaxşı işləməyə qadirik. Bölgədə olan münaqişələri aradan qaldırmaq üçün də birgə işləməliyik. Baltik hövzəsində və Adriatik dənizi hövzəsində mövcud olan təhlükəsizlik sxemlərini bizim regiona da tətbiq etmək lazımdır. İndiki təhlükəsizlik bizim əhalinin sabahkı firavanlığı deməkdir. Münaqişə haqqında danışarkən bilməliyik ki, bu münaqişələr bizə keçmişdən qalma mirasdır. Keçmişdən qalan mənfi mirasları aradan qaldırmadan gələcəyə gedə bilməyəcəyik. Burada əsas element yenə də korrupsiyaya qarşı mübarizə, vergilərin lazımi qaydada yığılması olacaqdır. Məsələn, biz cəmi 6 ay müddətində vergi yığımını iki dəfə artırmışıq. Bu da geniş kütlələrin yardımı nəticəsində mümkün olmuşdur. Biz Gürcüstan dövlət təsisatlarını yaratmaqda qərarlıyıq və bu yöndə işləyirik. Bu da demokratikləşmə prosesinin bir hissəsidir.

Yenə təkrar edirəm ki, dondurulmuş münaqişələri həll etməyin əsas yolu demokratikləşmədən keçir. Bu gün səhər mən qəzetlərə baxarkən “Uol Strit Cornel”də məqaləyə rast gəldim. Həmin məqalə Avropada mövcud olan toxunulmaz zonalar haqqındadır. Müəllif yazır ki, Avropada elə ərazilər vardır ki, həmin ərazilərdə narkotiklər daşınır, silahlar yayılır, əraziləri özlərini ömürlük hakim elan etmiş diktatorlar idarə edir. Onlara toxunan kimi beynəlxalq icma buyurur ki, “yox-yox, onlara toxunmayın, toxunsanız, yeni münaqişə yaranacaqdır”. Amma sizə deyim ki, belə olmaz. Bu cür zonalara dözməməliyik. İstər Dnestryanı ərazi olsun, istər Abxaziya olsun, istərsə də başqa yer olsun. Biz abxaz ailələrindən olan 20 uşağı Tbilisiyə gətirmişdik. Onlar şəhəri gəzdilər, mən onlarla gəzintiyə çıxdım. Oyunlar keçirdik, parkda ağac əkdik. Onlar gürcü həmyaşıdları ilə söhbət etdilər. Bu uşaqlar geri qayıdarkən müəyyən olundu ki, onların valideynləri həbs ediliblər, uşaqları məktəbdən çıxarıblar və heç kimin də bu barədə söz deməyə ixtiyarı yoxdur.

Çünki bu, münaqişə zonasıdır.

Eyni sözü Cənubi Osetiya haqqında da demək olar. Çox cüzi, xırdaca bir ərazidir. Əslində, bu ərazi Rusiyadan gələn malların qaçaq yolu ilə Gürcüstana ötürülməsi rolunu oynayır. Onların əsas gəlirləri də bunun üzərində qurulubdur. Əhalinin ümumi sayı 30 min nəfərdən artıq deyildir. Burada da ki, bütün əhali acından öldüyü bir halda, cəmi 100-200 adam qaçaqmalçılıqdan gəlir əldə edir. Biz qaçaqmalçılıq yollarını kəsəndə, onlar əsəbiləşməyə başladılar. Bizim də şərtimiz belə oldu ki, qoy insanlar bir-biri ilə danışsın, biz yardım etməyə hazırıq. Qoy gəlsinlər bizim universitetlərdə təhsil alsınlar. Biz onlara yüksək təqaüd verməyə hazırıq, ərzaq yardımı göstərə bilərik.

Onlarla danışmağa hazırıq. Onların liderləri isə şərt qoydular ki, “yox” biz istəmirik ki, siz bizim adamlarla danışasınız. Biz icazə vermirik. Mən dedim, yaxşı, siz əgər bu qədər güclüsünüzsə, niyə qorxursunuz ki, mən sizin əhali ilə danışım. Siz niyə insanların birbaşa ünsiyyətindən qorxursunuz? Siz niyə qeyri-hökumət təşkilatlarının birbaşa ünsiyyətindən qorxursunuz? Siz niyə istəmirsiniz ki, uşaqlar gəlib-getsinlər? Bu yaxınlarda oradan 500 uşaq gətirmişdik. Baxmayaraq ki, onların da bəzilərinin valideynləri həbs olundu. Biz isə, sadəcə, onları dənizkənarı əraziyə gətirdik ki, uşaqlar dənizi görsünlər. Sonra isə bizə rusiyalı həmkarlarımız dedilər yox, siz nə edirsinizsə, edin, osetiyalılar bunu təsir vasitəsi kimi qiymətləndirəcəklər. Xahiş edirik, bunu etməyəsiniz.

Biz təsiri də gücləndirəcəyik. Çünki bu cür anklavların mövcudluğuna dözmərik. Orada heç bir irəliləyiş yoxdur, hər şey donub qalıb, heç kimin gələcəyi yoxdur. Ona görə də Avropa təsisatlarının və eləcə də, alyansın həmin münaqişələrin həllində daha fəal rolu bizim tərəfdən çox bəyənilir və çox vacibdir. Bu münaqişələri daim dondurulmuş vəziyyətdə saxlamaq mümkün deyildir. Region gərək ümumavropa təhlükəsizlik şəbəkəsinə töhfə versin. Amma bu mövzularla məşğul olmasaq, region daimi narahatlıq ocağı olacaqdır.

Bu məsələnin öhdəsindən gəlməyin yolu bizim Acarıstanda separatçılara qarşı tətbiq etdiyimiz yoldur. Biz oraya ordumuzu göndərmədik. Baxmayaraq ki, hərbi yolla da məsələni həll edə bilərdik. Biz oraya inqilabımızın sülhməramlı əsgərlərini göndərdik, fəallarımızı göndərdik. Onlar Acarıstan xalqına narazılığı necə ifadə etməyin yolunu öyrətdilər. Nümayişə necə çıxmağın yolunu göstərdilər. Konkret mövzuları necə dəstəkləmək, öz haqları uğrunda necə mübarizə aparmaq yollarını göstərdilər. Orada yerli elitanın əlindən cana doymuş insanlar qaçaqmalçılıqdan, narkotik daşınmasından boğaza yığılmış insanlar (təəssüf ki, bu narkotik daşıyıcılarının hələ bir müəyyən dəstəyi də vardı) özləri belələrini aralarından çıxartdılar. Əlbəttə ki, bizim mənəvi dəstəyimizlə, yalnız mənəvi dəstəyimizlə. Gördüyünüz kimi, demokratiya işini gördü. Demokratiya bizə imkan verdi ki, qan tökülməsin. Yenə deyirəm ki, o məsələni həll etmək üçün yetərincə qüvvəmiz də vardı. İndinin özündə də Cənubi Osetiya problemini həll etməkdən ötrü yetərincə qüvvəmiz var. Amma, bu, daha çətin yoldur və biz bunu istəmirik. Məsələni həll etməyin yolu getmək və insanlarla danışmaq və onları inandırmaq lazımdır ki, bir olmalıyıq. Onları inandırmaq lazımdır ki, hökumət dəyişilməlidir. Hökumətin cavabdehliyinə nail olmaq lazımdır. Bizim məqsədimiz var - əhalimizə uzunmüddətli firavanlıq gətirmək.

X X X

BRYUS CEKSON: Sağ olun, cənab Prezident. Çıxışının sonunda Prezident Saakaşvili son məqsədin firavanlıq olduğunu dedi. Qara dəniz regionu ölkələrinə həqiqi firavanlıq və iqtisadi sərbəstlik gətirən liderlərin sayı çox deyildir. Yəqin ki, regionda bunu Prezident Əliyev qədər yerinə yetirən digər lider yoxdur. Əvvəlcə bir sənayeçi kimi, indi isə Prezident kimi o, bu işləri layiqincə yerinə yetirir. Bakı-Tbilisi-Ceyhan və digər bu kimi layihələrin həyata keçməsi üçün səylərini əsirgəməmiş, ölkəsində region üzrə hamıdan çox böyük ticarət dövriyyəsinə və sərmayə axınına nail olmuşdur. Bu, həmin ölkə idi ki, 1989-cu ildən tənəzzül dövrünü keçirirdi. Cənab Prezident, yüksək kürsü sizindir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir