Azərbaycan Dövlət İnformasiya Agentliyi

İSTANBULDA HEYDƏR ƏLİYEV ADINA PARKIN VƏ ÜMUMMİLLİ LİDERİMİZİN BÜSTÜNÜN AÇILIŞ MƏRASİMİ

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iyunun 26-da İstanbulun mərkəzində - Şişli bələdiyyəsinin ərazisində Azərbaycanın ümummilli lideri Heydər Əliyev adına parkın və xalqımızın dahi oğlunun büstünün açılış mərasimində iştirak etmişlər.

Büstün yaxınlığındakı binada ümumilli liderimizin həyat və fəaliyyətindən bəhs edən “Əsrlərə bərabər bir ömür” adlı fotosərgi təşkil olunmuşdu. Binanın divarındakı mərmər lövhədə Heydər Əliyevin məşhur “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamı həkk edilmişdi.

Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndi.

Mərasim iştirakçılarına ümummilli liderimiz Heydər Əliyevin zəngin həyat yolu və fəaliyyəti barədə məlumat verildi.

İstanbulun minlərlə sakininin toplaşdığı mərasimi Şişli bələdiyyəsinin sədri Mustafa Sarıgül açdı.

ŞİŞLİ BƏLƏDİYYƏ SƏDRİ MUSTAFA SARIGÜLÜN

ÇIXIŞI

- Ölkəmizə şərəf gətirən, varlıqları ilə İstanbulumuzu, Şişlimizi qürurlandıran hörmətli Prezident və hörmətli xanımı!

İstanbulumuzun və Şişlimizin inkişafında bizi heç vaxt yalnız qoymayan hörmətli valim və hörmətli xanımı!

Hörmətli qonaqlar!

Şişli bu gün tarixi günlərdən birini yaşayır. Bu tarixi günümüzün yaşanmasında bizə çox gözəl bir təklif verən Azərbaycanın İstanbuldakı konsulu İbrahim Nəbioğluna hüzurunuzda təşəkkür etmək istəyirəm. Hörmətli Prezidentimiz Heydər Əliyevin yer üzündə sülhə, demokratiyaya, qardaşlığa və Türkiyə Cümhuriyyətinə verdiyi əhəmiyyət dünyada türklər tərəfindən, bizlər tərəfindən heç vaxt, əsla unudula bilməz. Prezidentiniz hörmətli Heydər Əliyevin gözəl sözlərini yenidən xatırlatmaq istərdim: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu söz bizlərə rəhbər olmalıdır. Bu söz iki ölkə arasında ticarət, iqtisadiyyat, mədəniyyət sahəsindəki əlaqələrimizin ən yüksək səviyyəyə çıxması üçün çox böyük işarədir.

Hörmətli Prezident Heydər Əliyevin hər zaman qəlbimizdə və ürəyimizdə yaşadacağımız adını ölkəmizin, İstanbulun ən gözəl nöqtələrindən biri olan Şişlidə, gündə milyonlarla yurddaşımızın keçdiyi bu nöqtədə əbədiləşdirməkdən böyük qürur və xoşbəxtlik hissi keçirirəm.

Hörmətli Prezident, Sizi xanımınızla birlikdə Şişlidə qarşılamaqdan şərəf və xoşbəxtlik hissi keçirirəm. Təşrifləriniz Türkiyə və Azərbaycan arasındakı əlaqələrin inkişafı və möhkəmləndirilməsinə böyük töhfə vermişdir.

Hörmətli Zeyno Barana bu əlaqələrin beynəlxalq səviyyəyə çıxarılmasındakı xidmətlərinə görə hüzurunuzda çox təşəkkür edirəm. Azərbaycan və Türkiyə xalqları dünyadakı inkişaf etmiş çağdaş və demokratik ölkələrlə olan əlaqələrini hər zaman davam etdirəcəklər. Azərbaycan və Türkiyə Cümhuriyyəti ən yüksək səviyyəyə, inşallah əmin addımlarla irəliləyəcəkdir.

Şişli bələdiyyəsinin sədri kimi bu gün mən Sizi burada qarşılamaqdan xoşbəxtlik hissi keçirirəm. Millət vəkili olduğum dövrdə və ondan əvvəlki vaxtlarda Ankarada apardığımız söhbətlərdə mən Sizin bu yerlərə gəlmənizi arzu etmişdim və həmin söhbətlərdə Azərbaycan xalqının və dünya xalqlarının Sizdən çox şeylər gözlədiyini ifadə etmişdim. Bu söhbətlər on il əvvəl olmuşdur və bu gün Sizi burada Prezident kimi qarşılamaqdan xoşbəxtlik hissi keçirirəm.

Son olaraq demək istəyirəm ki, ulu öndər Atatürkümüz və Heydər Əliyevimiz, Türkiyə Cümhuriyyətimiz və Azərbaycanımız əbədiyyətə qədər yaşayacaqdır. Bizlərin vəzifəsi Azərbaycan bayrağını və Türkiyə Cümhuriyyətinin bayrağını, inşallah, ən yüksəklərə qaldırmaqdır.

Hörmətli Prezident, Sizə hörmət və ehtiramlarımı çatdırıram.

X X X

Sonra İstanbul valisi Müəmmər Gülər çıxış etdi.

İSTANBUL VALİSİ MÜƏMMƏR GÜLƏRİN ÇIXIŞI

- Dostumuz, qonşumuz, qardaşımız Azərbaycan Respublikasının hörmətli Prezidenti zati-aliləri İlham Əliyev və möhtərəm xanımı!

Şişli bələdiyyəsinin sədri, hörmətli səfir, hörmətli baş konsul!

Əziz istanbullular, hörmətli mətbuat nümayəndələri!

Bu gün çox xoşbəxt bir gün yaşayırıq. İstanbul böyük bir zirvə toplantısının dəyərli qonaqlarını, Şişli isə çox dəyərli bir qardaşımızı qarşılayır. Prezident kimi İstanbula ilk dəfə gəlirsiniz. Xoş gəlmisiniz, hörmətli Prezident və xanımı. Əziz qızımız Leyla xanıma də xoş gəldiniz deyirəm.

Hörmətli Prezident, Azərbaycan xalqının böyük sevgisi ilə bütünləşib əbədiyyətə qovuşan böyük dövlət adamı Prezident Heydər Əliyevin ruhu qarşısında bir daha baş əyir, onu hörmət və ehtiramla yad edirik. Azərbaycan xalqı ilə türk xalqının ortaq dəyərinin birləşməsində, iki xalqın dostluğunun möhkəmlənməsində lider rolu oynayan hörmətli Prezident Heydər Əliyevi Azərbaycan xalqı kimi, Türkiyə xalqı da bağrına basır. Bu gün İstanbulda, Şişlidə yaşayan insanlarımız bu xatirəni əbədiyyətə qədər yaşadacaqlar. İstanbulun yaraşıqlı rayonu olan Şişli gözəl bir xatirəni ömür boyu yaşatmaqdan qürur duyacaqdır. Bunu həyata keçirən Şişli bələdiyyəsinin sədri hörmətli Musfata Sarıgülü və hörmətli iş yoldaşlarını, əziz şişlililəri səmimi qəlbdən təbrik edirəm. İstanbul xoş məramın, barışın, mədəniyyətlərin kəsişdiyi bir mərkəzdir. Bu mənada Şişli rayonu çox mühüm işlərin görüldüyü rayondur. Bu rayonda Türkiyə ilə dostluq edən bir çox insanın xatirəsi əbədiləşdirilmişdir. Ancaq Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi burada çox mühüm yer tutacaqdır.

Hörmətli Prezident, bu mənalı günlərdə bizlərlə bərabər olub, mərhum atanız hörmətli Prezident Heydər Əliyevin xatirəsinə yaradılan və istanbullular tərəfindən hər zaman sevgi ilə yad ediləcək bu parkın açılışında iştirak etmənizdən məmnun olduğumuzu xüsusilə ifadə etmək istəyirəm. Türk xalqı ilə Azərbaycan xalqının yaxınlaşmasında, bir-biri ilə qaynayıb-qarışmasında mərhum atanızın çox böyük əməyi olmuşdur. Bir az əvvəl hörmətli bələdiyyə sədrimiz söylədi, “Bir millət, iki dövlət” ifadəsi, əlbəttə ki, əbədiyyətə qədər yaşayacaqdır. Bu sözlər çox mühümdür. Bu, ürəkləri bir olan insanları ifadə edir. Bu, insanların bərabərliyini ifadə edir, atanız mərhum Heydər Əliyevdən sonra müqtədir iradənizlə Azərbaycanın daha inkişaf etmiş, daha bəxtiyar ölkə kimi irəliləməsində Sizin xidmətlərinizin çox mənalı olduğunu ifadə edir. Bu birlik əbədiyyətə qədər davam edəcəkdir. Sizə İstanbula, Sişli rayonuna xoş gəldiniz deyirəm. Mərhum atanızın xatirəsinin əbədiyyətə qədər yaşamasını diləyirəm. Bir millətin iki ayrı dövləti olaraq güc birliyi ilə, könül birliyi ilə, inşallah, bu dostluğumuz əbədi olaraq davam edəcəkdir.

Yaşasın Türkiyə-Azərbaycan dostluğu!

Yaşasın Heydər Əliyevin xatirəsi!

Allah rəhmət eləsin!

Sizə bir daha “Xoş gəlmisiniz!” deyirəm.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib

Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə təklif edilən dəyişikliklər təsdiqlənib

YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib

Pərviz Şahbazov: Ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr qaz tədarük edilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin tərkibi təsdiqlənib

Azərbaycanın və Türkiyənin müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər

Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Özbəkistanda səfərdə olub

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO

Nizami Səfərov: YAP-ın Nizamnaməsinə təklif edilən dəyişikliklər müasir dövrün reallıqlarından qaynaqlanır