İstanbulda PKK terror təşkilatına qarşı növbəti əməliyyat keçirilib
İstanbul, 19 mart, AZƏRTAC
İstanbulda PKK terror təşkilatına qarşı növbəti əməliyyat keçirilib.
AZƏRTAC xəbər verir ki, İstanbul Təhlükəsizlik İdarəsinin terrorla mübarizə şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı şübhəli bilinən 15 nəfərdən 10-u ələ keçirilib.
Şəhərin dörd vilayətində paralel keçirilən əməliyyatlarda saxlanılanlar arasında ölkənin Xalqların Demokratik Partiyasının (HDP) İstanbulun Kağıthane və Beşiktaş rayonları üzrə sədrləri də var.
Həmin şəxslərin yaşadıqları evlərdə axtarış aparılan zaman terror təşkilatına aid çoxlu sayda sənəd və rəqəmsal material aşkarlanıb.
Digər şübhəlilərin də saxlanılması istiqamətində əməliyyatlar davam edir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]