İSTANBULDA SOSİALİST İNTERNASİONALINTOPLANTISI BAŞLAMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iyunun 25-də İstanbulun “Polad Renesans” mehmanxanasının konfrans salonunda Sosialist İnternasionalın toplantısı öz işinə başlamışdır. Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisində Ədalət və İnkişaf partiyasından sonra ən böyük fraksiyaya malik olan Cümhuriyyət Xalq Partiyasının sədri, millət vəkili Dəniz Baykal, eyni zamanda, Sosialist İnternasionalı sədrinin müavinidir.
İstanbuldakı toplantıya Almaniya, Fransa, Rusiya, İngiltərə, Avstriya, Bolqarıstan, İran, İraq, Ukrayna, İspaniya, Hollandiya, Belçika və Avstraliyadan sosialist partiyalarının nümayəndələri gəlmişlər. Dünyanın sosial-demokrat hərəkatı nümayəndələrinin İstanbuldakı toplantısının indi keçirilməsi təsadüfi deyildir. Sosial-demokratlar bu toplantını NATO sammiti ilə eyni tarixlərdə planlaşdırmışlar və NATO-nun üzvü olan ölkələrə müraciət qəbul edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:24]
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO
- 02.10.2026 [19:15]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]