İstanbulda TDT-yə üzv dövlətlərin parlamentlərarası dostluq qruplarının ilk toplantısı keçiriləcək
Antalya, 11 aprel, Günel Karatepe, AZƏRTAC
Mayın 5 və 6-da İstanbulda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin parlamentlərarası dostluq qruplarının ilk iclası keçiriləcək. Azərbaycanın da təmsil olunacağı tədbirdə türkdilli dövlətləri maraqlandıran məsələlər, o cümlədən parlamentlərarası dostluq qruplarının koordinasiyası, gələcəkdə daha səmərəli fəaliyyəti baxımından nəzərdə tutulan planlar kimi məsələlər müzakirə olunacaq. İkinci toplantının Azərbaycanda keçirilməsi nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-a müsahibəsində Milli Məclisin Səhiyyə komitəsinin sədri, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov bildirib.
O qeyd edib ki, tədbirdə TDT-yə üzv dövlətlərin problemləri, o cümlədən Azərbaycanın Qafqazda sülh və sabitliyin bərpası, Ermənistanla sülh üçün göstərdiyi səylər, Qərbi azərbaycanlıların öz vətənlərinə dönmələri məsələlərinin də səsləndirilməsi və həlli yolları ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur.
Qərbi Azərbaycan İcmasının fəaliyyəti barədə danışan Əhliman Əmiraslanov qurumun əsas məqsədinin Qərbi azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıtması olduğunu xatırladıb: “Hər kəsə bəlli olduğu kimi, həmvətənlərimiz Qərbi Azərbaycandan bir neçə dəfə deportasiya olunublar. Ən son deportasiya 1988-1991-ci illər arasında baş verib. Mən özüm də o torpaqlarda doğulmuşam və 17 yaşıma qədər orada yaşamışam. Atamın məzarı da oradadır. Bizim Qərbi Azərbaycana qayıtmaq istəyimiz nə ərazi iddiası, nə də müharibədir. İstəyimiz beynəlxalq hüququn verdiyi imkanlar çərçivəsində öz dədə-baba yurdumuza dönməkdir. Bizim evimiz oradadır və aldığım məlumata görə orada yaşayış da yoxdur. Yəni, mənim doğma kəndimdə üç və ya dörd ailənin yaşadığını bilirəm. Evlərimiz dağılıb. Biz evimizə qayıtmaq istəyirik. Ermənistan isə bu məsələyə ərazi iddiası kimi yanaşır. Lakin bu belə deyil, məqsədimiz sadəcə olaraq öz yurd-yuvamıza qayıtmaqdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:59]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:57]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:51]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:42]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:40]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:38]
Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib
- 10.06.2026 [17:27]
Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
- 10.06.2026 [17:25]
Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?
- 10.06.2026 [17:24]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:22]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [17:16]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:14]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [17:12]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [17:05]
Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub
- 10.06.2026 [17:02]
Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir
- 10.06.2026 [16:55]
Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları
- 10.06.2026 [16:50]