İSTANBULDA TERROR AKTI TÖRƏDƏN CİNAYƏTKARIN ADI BƏLLİ OLDU
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iyunun 24-də İstanbulda özü ilə yanaşı, 3 nəfərin ölməsinə və 20-dən artıq vətəndaşın yaralanmasına səbəb olan terrorçunun adı məlumdur. Bu barədə jurnalistlərə İstanbulun valisi Müəmmər Gülər məlumat vermişdir. Terrorçu Səmra Polad adlı bir qadın idi. 1975-ci ildə Tunceli vilayətində anadan olan bu qadın sol təmayüllü MLKP (Marksist-Leninist Kommunist Partiyası) və DHKP-C (İnqilabi Xalq Kommunist Partiyası) kimi qeyri-leqal siyasi və terrorist təşkilatlarının fəallarından olmuşdur. O, müxtəlif qanunsuz aksiyalarda iştirakına görə dəfələrlə polis tərəfindən həbs edilmişdi. Vali bildirmişdir ki, Səmra Poladın əsas hədəfi avtobus və sərnişinlər deyildi. O, avtobusa minərək, içində partlayıcı maddə olan polietilen çantanı başqa yerə aparırdı. Lakin hələlik bilinməyən səbəbdən partlayış məhz sərnişin avtobusunda baş vermişdir.
İstanbul polisi hadisə ilə əlaqədar ətraflı araşdırma aparır. Terror aktı ilə əlaqədə şübhəli bilinən bir neçə şəxs yaxalanmış, istintaqa cəlb edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]