İstanbulda terrorçulara partlayıcı maddələr verməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb
Ankara, 26 noyabr, AZƏRTAC
Türkiyənin hüquq-mühafizə orqanları İstanbulda İŞİD terrorçularına hücumlar təşkil etmək məqsədi ilə partlayıcı maddələr verməkdə şübhəli bilinən 14 nəfəri saxlayıb.
AZƏRTAC bu barədə İstanbul Polisinin Terrorla Mübarizə İdarəsinə istinadən xəbər verir.
Əməliyyatlar şəhərin müxtəlif yerlərində eyni vaxtda keçirilib.
Polisin məlumatına görə, şübhəlilərin mənzillərində axtarışlar zamanı qeydiyyatı olmayan silah aşkarlanıb.
Saxlanılanların dindirilməsi davam edir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]