İstanbulda “Turkish Open” beynəlxalq turnirində idmançılarımız uğurla çıxış ediblər
Bakı, 16 may, AZƏRTAC
İstanbulda yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında keçirilən kikboksinq üzrə dünya kuboku yarışı sayılan "Turkish Open" beynəlxalq turnirində idmançılarımız uğurla çıxış ediblər.
Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kiksboksinqçilərimiz qardaş ölkədə 49 medal qazanıblar. Bunlardan 13-ü qızıl, 9-u gümüş və 27-si bürünc medaldır. Bu nəticə ilə Azərbaycan yarışda ən yaxşı nəticə göstərən beşinci ölkə olub.
İlk dəfə bu yarışda kikboksinqin “point faytinq” növü üzrə yarışan millimiz 6 bürünc medal qazanıb. Həmin idmançılar ölkəmizi Konyada keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında təmsil edəcəklər.
Kikboksinq üzrə millimizin İslamiadadan öncə daha bir beynəlxalq yarışda çıxışı gözlənilir. Belə ki, təmsilçilərimiz iyunun 2-5-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək növbəti dünya kuboku yarışında güclərini sınayacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]