İSTANBULDA XOCALI SOYQIRIMININ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR İZDİHAMLI MİTİNQ KEÇİRİLMİŞDİR
Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşəbbüsü və ölkəmizin İstanbuldakı Baş Konsulluğunun dəstəyi ilə keçirilən, yüzlərlə türkiyəli və azərbaycanlının iştirak etdiyi mitinq qardaş ölkənin televiziya kanalları və qəzetləri tərəfindən operativ olaraq işıqlandırılmışdır. Mitinqdə Türkiyə-Azərbaycan dərnəklərinin təmsilçiləri, DAK-ın nümayəndəsi, deputat Sabir Rüstəmxanlı və İstanbuldakı baş konsulumuz İbrahim Nəbioğlu çıxış edərək, erməni cəlladları tərəfindən Xocalıda dinc Azərbaycan vətəndaşlarına qarşı törədilmiş qətliamın bütün dünyada soyqırımı kimi tanınmasının zəruriliyini vurğulamışlar. Ümummilli liderimiz Heydər Əliyevin yorulmaz səyləri nəticəsində formalaşmış Azərbaycan diasporunun bu sahədə üzərinə böyük vəzifələr düşdüyü diqqətə çatdırılmışdır.
Mitinqdən sonra baş konsul İbrahim Nəbioğlu TGRT telekanalında canlı yayımda Xocalı soyqırımının dəhşətlərindən ətraflı bəhs etmişdir. O bildirmişdir ki, Xocalı soyqırımının ildönümü ilə əlaqədar fevralın 26-na qədər İstanbulda sərgilər və simpoziumlar təşkil olunacaq, sənədli filmlər nümayiş etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]