İstanbulu su ilə təmin edən hövzə və göllərdə doluluq miqdarı artıb
İstanbul, 11 fevral, AZƏRTAC
Türkiyə ərazisində son günlər davam edən yağıntılı hava şəraiti İstanbulu su ilə təmin edən və quruma təhlükəsi ilə üzləşən su hövzələri, eləcə də göllərdə suyun miqdarının artmasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, bu barədə İstanbul Su və Kanalizasiya İdarəsinin fevralın 11-nə olan son məlumatında bildirilib.
Məlumatda qeyd edilir ki, hazırda şəhəri su ilə təmin edən hövzələrdə doluluq miqdarı 45.09 faizə yüksəlib. Bu göstərici yanvarın 8-də 19,16 faiz təşkil edib. Bununla da şəhəri su ilə təmin edən hövzə və göllərdə doluluq səviyyəsi 2 milyon 725 min kubmetrədək artıb.
Qeyd edək ki, ötən il İstanbulda ən quraq il olub. Bu, bir çox problemlərlə yanaşı, şəhər ətrafındakı göl və su hövzələrinin qurumasına da səbəb olub.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]
Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub
- 08.06.2026 [16:50]