İstanbulun tarixi ticarət mərkəzləri yenidən istifadəyə verilib
İstanbul, 1 iyun, AZƏRTAC
COVID-19 pandemiyası ilə əlaqədar olaraq bu il martın 24-də bağlanan İstanbulun tarixi "Kapalı çarşı" və "Mısır çarşısı" ticarət mərkəzləri yenidən fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, ticarət mərkəzlərinin açılış mərasimində İstanbul valisi Ali Yerlikaya iştirak edib.
Bu ticarət mərkəzləri ilə yanaşı, Türkiyədə postpandemiya dövrünə keçidlə bağlı ölkənin bütün alış-veriş mərkəzləri, kafe və restoranları da tam iş qrafikinə keçib.
Xatırladaq ki, iyunun 1-dən etibarən Türkiyədə şəhərlərarası aviareyslər də bərpa olunub. İlkin mərhələdə təyyarələr İstanbul, Ankara, Antalya, İzmir və Trabzon şəhərləri istiqamətində hərəkət edəcək. İlk uçuş bu gün saat 10.00-da İstanbuldan Ankaraya olub.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]