İSTEDADLI RƏSSAMIN FƏRDİ YARADICILIQ SƏRGİSİ AÇILMIŞDIR
Sərgidə əsərləri Avropanın bir çox ölkələrində, ABŞ-da şəxsi kolleksiyalarda saxlanan rəssamın boyakarlıq janrında 120-ə yaxın əsəri nümayiş etdirilir. Yaradıcılığının üç dövrünü əhatə edən sərgidə fırça ustasının “Toy”, “Quşan”, “Dəniz kənarında”, “Qadın həyat tərzi”, “Şən, sirli qadınlar”, “Çal, aşıq” əsərləri daha çox diqqət cəlb edir.
Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov və başqaları açılış mərasimində çıxış edərək Şöhrət Nadiroğlunu Azərbaycan təsviri sənətində öz yolu, üslubu, mövqeyi olan, yaradıcılığına məsuliyyətlə yanaşan istedadlı rəssam kimi qiymətləndirmiş, həmkarlarını fərdi sərgisinin açılması münasibətilə təbrik etmiş, ona yeni yaradıcılıq uğurları arzulamışlar.