İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb
Bakı, 15 may, AZƏRTAC
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.
Bu barədə AZƏRTAC-a Penitensiar xidmətin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həbs olunmuş şəxs Vahid Novruz oğlu Kazımova göndərilmiş banderola baxış keçirilən zaman diş pastasının içərisində xüsusi üsulla gizlədilmiş 8 ədəd bükülüdə ümumi çəkisi 0,352 qram metadon aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
“Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan edilmiş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır”, - deyə məlumatda bildirilir.

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:08]
Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar
- 11.06.2026 [17:57]
Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb
- 11.06.2026 [17:43]
Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük
- 11.06.2026 [17:37]
Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib
- 11.06.2026 [17:36]
Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır
- 11.06.2026 [17:24]