İSVEÇDƏ GƏNCLƏRİN REGİONAL ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Ölkəmizi tədbirdə təmsil edən “İrəli” ümumrespublika gənclər hərəkatının üzvü Anar Rzayev Azərbaycanda gənclərin vəziyyəti, gənclərə göstərilən dövlət qayğısı, onların respublikanın ictimai-siyasi, mədəni həyatında fəal iştirakı barədə məlumat vermişdir.
Tədbirin mövzusuna toxunan A.Rzayev, Ermənistanın Azərbaycana təcavüzünə son qoyulmadan bu ölkənin gəncləri ilə əməkdaşlığın mümkünsüzlüyünü diqqətə çarpdırmışdır.