İsveçdə psixi sağlamlığın qorunması və intiharların qarşısının alınması xətti açılacaq
Stokholm, 30 mart, Nərgiz Cəfərli, AZƏRTAC
İsveç hökuməti psixi sağlamlığın qorunması və intiharın qarşısının alınması üçün milli dəstək xətti yaradır.
AZƏRTAC xəbər verir ki, dəstək xətti həftənin 7 günü 24 saat fəaliyyət göstərəcək. Xidmət telefon və onlayn chat vasitəsilə pulsuz həyata keçiriləcək.
“Kəskin psixoloji böhran yaşayan və ya çətin həyat vəziyyəti ilə üzləşən insanlar üçün dəstəyin olması son dərəcə vacibdir. Buna görə çox şadam ki, bu gün hökumət sertifikatlı işçi heyətin 24/7 məsləhət verəcəyi və lazım gələrsə, mütəxəssislər göndərəcəyi qaynar telefon xətti yaratmaq qərarına gəlib”, - deyə İsveçin sosial məsələlər naziri Yakob Forsmed bildirib.
Hökumət psixi xəstəliyi olan və intihara meyilli insanlara, habelə onların yaxınlarına peşəkar və anonim danışıq əsaslı dəstək göstərmək məqsədilə milli yardım xətti yaratmaq üçün İctimai Səhiyyə Təşkilatına 2 milyon dollardan çox vəsait ayırıb. Təşəbbüsün məqsədi regionlarda səhiyyə strukturunda əlavə element kimi geniş spektrli xidmətləri təqdim etmək və müvafiq xəttin fəaliyyət göstərməsidir.
2023-cü ilin dekabrında hökumət psixi sağlamlığın möhkəmləndirilməsi, psixi xəstəliklərin və intiharların qarşısının alınması üçün 6,5 milyon dollar ayırmaq qərarına gəlib. Həmçinin telefon və söhbət vasitəsilə humanitar dəstək təklif edən şəxslərə daha 2,8 milyon dollar əlavə vəsait ayrılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]