RƏSMİ XRONİKA
İSVEÇİN KRALI ƏLAHƏZRƏT XVI KARL QUSTAVA
Əlahəzrət,
Ölkənizin milli bayramı - İsveç bayrağı günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə İsveç arasındakı münasibətlər, dostluq və əməkdaşlıq əlaqələrimiz xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsveç xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 24 may 2010-cu il.