İsveçrədə pandemiya ilə bağlı məhdudiyyətlərin ləğvi təxirə salınıb
Bern, 20 mart, AZƏRTAC
Martın 19-da İsveçrə hökuməti koronavirus pandemiyası ilə əlaqədar mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, səhiyyə naziri Alen Berset pandemiyanın qarşısının alınması məqsədilə hökumətin planlarından bəhs edib və hazırda epidemioloji vəziyyəti nəzərə alaraq heç bir yumşaldılmanın mümkün olmadığını elan edib. İsveçrə Parlamenti ötən günlərdə hökuməti yumşaldılmaları davam etdirməyə çağırsa da, yeganə yumşaldılma qapalı məkanlarda fərdi görüşlərə toplanan şəxslərin sayının 5 nəfərdən 10 nəfərə artırılması olub.
Qeyd edilməlidir ki, martın 1-dən İsveçrədə bir sıra yumşaldılmalar (bütün ticarət obyektləri, muzey, zoopark və əyləncə parklarının açılması) qüvvəyə minmişdi. Ay ərzində epidemioloji vəziyyətin inkişafından asılı olaraq kafe və restoranlar, idman mərkəzləri, kino və teatrların da fəaliyyətinin bərpa olunacağı gözlənilirdi. Lakin hökumət qaydaların yumşaldılmasının ikinci mərhələsini təxirə salaraq, bunu bir tərəfdən yoluxma hallarının tədricən artması (gündəlik təxminən 1700 yoluxma), digər tərəfdən isə ölkədə koronavirusa qarşı peyvənd olunmuş şəxslərin sayının hələlik yetərincə olmaması ilə izah edib. Qeyd edilib ki, yoluxma hallarının sürətlə artımının narahatlıq doğurmaması üçün ölkə əhalisinin azı 40 faizinin peyvənd olunması tələb olunur.
Aprelin 14-də hökumət karantin qaydalarının dəyişdirilməsinə dair növbəti qərarını elan edəcək.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]