İSVEÇRƏNİN QADIN RƏSSAMLARI AZƏRBAYCAN NAĞILLARINA MARAQ GÖSTƏRİRLƏR
AZƏRTAC xəbər verir ki, sentyabrın 22-də Berndə İsveçrə Yaradıcı Qadınlar Təşkilatına üzv rəssam xanımların əsərlərindən ibarət sərgi keçiriləcəkdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, sərgidə “Əhməd və su pərisi” adlı Azərbaycan nağılına çəkilən bir neçə illüstrasiya təqdim olunacaqdır.
Komitədən onu da bildirmişlər ki, iki ay əvvəl qurumun nağıllar üzrə məsləhətçisi xanim Haydi Bodmer İsveçrədəki Azərbaycan Mədəniyyət Mərkəzindən milli nağıllarımızı istəmişdir. Rəssam xanımların toplantısında təşkilata təqdim edilən bir neçə Azərbaycan nağılı səsləndirilmiş və onlardan rəsmlərində bu nağıllarla bağlı təəssüratlarını əks etdirmələri xahiş olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]