İtaliya A Seriyası: "Napoli" və “Latsio” autsayderlərə məğlub olublar
Bakı, 4 aprel, Nicat Məmmədov, AZƏRTAC
Aprelin 3-də futbol üzrə İtaliya A Seriyasının XXX turunun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turun gözlənilməz hesabı "Karlo Kastelani" stadionunda qeydə alınıb. Çempionatın iddialı klublarından sayılan "Napoli" səfərdə autsayder "Empoli"yə məğlub olub - 1:2. "Empoli"nin heyətində Dieqo Farias və Di Lorenzo fərqləniblər. Neapolluların yeganə qoluna isə Zielinski imza atıb.
Bu qələbə sayəsində "Empoli" xallarının sayını 28-ə çatdıraraq 17-ci pilləyə yüksəlib. "Napoli" isə 63 xalla ikinci yerdə qərarlaşıb.
Turnir cədvəlinin üçüncü pilləsindəki "İnter" səfərdə "Cenoa"nı 4:0 hesabı ilə məğlubiyyətə uğradıb. "Roma" - "Fiorentina" görüşündə isə qalib müəyyənləşməyib - 2:2.
Günün digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:
"Frosinone" - "Parma" - 2:2
SPAL - "Latsio" - 1:0
"Torino" - "Sampdoriya" - 2:1.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata latiq görülüb
- 12.10.2026 [15:03]
Azərbaycan voleybol millisi Türkiyə toplanışını başa vurub
- 12.10.2026 [14:43]
Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib
- 12.10.2026 [14:27]
Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub
- 12.10.2026 [14:05]
Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib
- 12.10.2026 [13:58]
Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi
- 12.10.2026 [13:07]
Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar
- 12.10.2026 [12:54]
Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb
- 12.10.2026 [12:13]