İtaliya A seriyası: “İnter”in beş oyunluq qələbə seriyası qırılıb
Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də futbol üzrə İtaliya A seriyasında VI turun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turun mərkəzi matçı “San Siro” stadionunda oynanılıb. Çempionatın lideri “İnter” “Sassuolo”nu qəbul edib. Oyunda hesabı meydan sahibləri açsalar da, sonda məğlub olublar. Belə ki, matçın birinci hissəsinə əlavə olunmuş birinci dəqiqədə Dumfriz hesabı komandasının xeyrinə dəyişib - 1:0. Lakin qonaqlar ikinci hissədə özlərinə gəliblər. Əvvəlcə 54-cü dəqiqədə Bayrami hesabı bərabərləşdirib -1:1. Bu qoldan 9 dəqiqə sonra isə Berardi komandasının ikinci qolunu rəqibin qapısından keçirib - 1:2.
Oyunda başqa qol olmayıb. Beləliklə, “İnter” beş oyunluq qələbə seriyasından sonra bu mövsüm ilk məğlubiyyətini alıb.
Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
“Napoli” - “Udineze” - 4:1
“Kalyari” - “Milan” - 1:3
“Empoli” - “Salernitana” - 1:0
“Verona” - “Atalanta” - 0:1
“Latsio” - “Torino” - 2:0.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:32]
NBA: “San-Antonio Spörs” final seriyasında önə keçib
- 09.06.2026 [10:41]
Bu gün Azərbaycanın U-21 millisi Qırğızıstan yığması ilə qarşılaşacaq
- 09.06.2026 [10:20]
Futbol üzrə Azərbaycan millisi bu gün San-Marino ilə qarşılaşacaq
- 08.06.2026 [22:00]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [21:44]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [20:40]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [20:00]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [19:09]
Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub
- 08.06.2026 [18:43]