İtaliya A Seriyası: “Yuventus” “Milan”ın qapısından iki cavabsız top keçirib
Bakı, 12 noyabr, Nicat Məmmədov, AZƏRTAC
Noyabrın 11-də İtaliya çempionatının 12-ci turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun mərkəzi qarşılaşması “San Siro” stadionunda keçirilib. Son çempion “Yuventus” “Milan”ın qonağı olub. Görüş “qoca sinyora”nın 2:0 qələbəsi ilə başa çatıb. Turinlilərin heyətində Mario Madzukiç və Kriştianu Ronaldu fərqləniblər.
Turun digər oyunlarının nəticələri:
"Frosinone" - "Fiorentino" - 1:1,
SPAL - "Kalyari" - 2:2,
"Genoa" - "Napoli" - 1:2,
"Atalanta" - "İnter" - 4:1,
"Kyevo" - "Bolonya" - 2:2,
"Roma" - "Sampdoriya" - 4:1,
"Empoli" - "Udineze" - 2:1,
"Sassuolo" - "Lazio" - 1:1.