Azərbaycan Dövlət İnformasiya Agentliyi

İtaliya azərbaycanlıların gözü ilə: Rimini

Bakı, 20 dekabr, E.Eyyubov, AZƏRTAC

Rimini İtaliyanın Emiliya-Romanya regionunda - Adriatik dənizinin sahilində yerləşən, rusdilli turistlərin ən sevimli səyahət istiqamətlərindən biri olan qədim şəhərdir. Onun iki minillikdən artıq zəngin tarixi şəhərin tarixi mərkəzindəki qədim Roma abidələrinin Rimininin ən məşhur yetirməsi - Federiko Fellininin adı ilə bağlı olan məkanlarla ahəngi fonunda unikal ab-hava yaradır. Bütün bunlar piyada yolla İtaliyanın ən populyar Roman Rivyerası çimərliklərindən bir neçə dəqiqə aralıda yerləşir.

Rimini Qədim Romanın və müasirliyin fonunda

Rimini İtaliyanın mərkəzi hissəsində ən çox səyahətçinin olduğu sahilyanı şəhərdir. Burada çimərlikdə istirahəti ləziz yeməklərin, xüsusən dəniz məhsullarının dequstasiyası və tarix-mədəniyyət abidələri ilə tanışlıq ilə birləşdirmək istəyənlər üçün ideal şərait mövcuddur.

Şəhər mərkəzində gəzinti zamanı siz eramızdan əvvəl 268-ci ildən başlayan Rimininin tam yüksəlişi və süqutu tarixi ilə bağlı məlumatlar əldə edə bilərsiniz. Həmin dövrdə Roma imperatorları yaxınlıqdakı çayın adından götürülmüş Ariminum (hazırda o, Marekkya adlanır) yaşayış məskənini salıblar. Riminidə Romanın Via Flaminiya və Via Emiliya kimi bir neçə əsas yolları kəsişirdi və bunun sayəsində salınan qəsəbə tezliklə mühüm iqtisadi və mədəni mərkəzə çevrildi, onun əhəmiyyəti zamanla daha da artdı. Orta əsrlərdə Rimini İtaliya və Avropanın elmi və ədəbi dirçəlişinin beşiyinə çevrildi.

Riminidə İtaliyanın Qədim Roma dövrünə aid olan ən qədim abidələrindən biri - eramızdan əvvəl 27-ci ildə tikilmiş Avqust Tağı yerləşir. Zəfər Tağı Via Flaminiya yolunun başa çatmasının rəmzi idi və Riminini Roma ilə birləşdirirdi. Hazırda o, Tiberi körpüsü ilə birlikdə şəhərin rəmzlərindən biridir. Bu qədim abidə travertindən tikilib və hündürlüyü 17 metrdir. O, ilk mərhələdə yaxınlıqda izləri qalan şəhər divarlarının bir hissəsi olub.

Fotonun altındakı yazı - Avqust Tağı

Avqust Tağından Qədim Roma dövrünə aid daha bir abidəyə - amfiteatra bir neçə dəqiqə ərzində çatmaq olar. Bu abidə II əsrdə imperator Adiranın əmri ilə tikilib. Amfiteatr günümüzə yarı xarabalıq vəziyyətində gəlib çatıb, amma bunu digər Qədim Roma abidəsi - Avqust körpüsü və ya Tiberi körpüsünün vəziyyəti haqqında söyləmək olmaz. Məsələ burasındadır ki, həmin körpünün tikintisi imperator Oktavian Avqustun dövründə - 14-cü ildə başlayıb və onun varisi olmuş imperator Tiberinin zamanında, 20-ci ildə başa çatdırılıb. Beş tağı olan “iki imperatorun” piyada körpüsü Marekkya çayı üzərində təxminən 8 metrdir və Rimini şəhərinin tarixi mərkəzini Borqo San Culiano rayonu ilə birləşdirir. Qədim vaxtlarda dənizçilərin və balıqçıların kəndi olmuş Borqo San Culiano hazırda dar döngələri və taxta dirəklərlə yaraşıqlı evləri olan mənzərəli bir məhəllədir. Rayonun Marekkya çayı boyu uzanan sahəsi trattoriya və restoranların bol olduğu yerli sakinlərin sevimli istirahət məkanıdır. Biz 100 illik tarixi olan belə trattoriyalardan birində - “La Marianna”da şam yeməyinə getdik. Trattoriya ev mətbəxi və sərbəst şəraiti olan bir növ ailəvi restorandır. Burada balıq, tarak, karides və digər dəniz məhsulları təzə və mükəmməl hazırlanmışdı və “La Marianna”nın “Tripadvisor” səyahət veb-saytının yuxarı hissəsində yer alması təsadüfi deyil.

Şəhər mərkəzində gəzinti

Borgo San Giuliano bölgəsinə tez-tez gələnlərdən biri də burada öz filmləri və personajları üçün ilham alan rejissor Federiko Fellini idi. Rejissor 1920-ci ildə Riminidə anadan olub və 1939-cu ildə Romaya köçənə qədər burada yaşayıb. 2021-ci ildə Riminidə korifeyin yaradıcılığına həsr olunmuş muzey açılıb. Fellini Muzeyi iki yerdə - Castel Sismondo və Palazzo Vallonidə (burada “Fulgor” kinoteatrı da var) yerləşir. Castel Sismondo möhtəşəm qüllələri və divarları olan və Piazza Malatestada yerləşən XV əsrə aid qədim qaladır. Onun orta əsr interyerlərində siz Fellini Muzeyinin çəkilişlərdən rekvizitlər, kostyumlar, nadir sənədlər, rejissorun şəxsi əşyaları, audio və videomaterialları kimi eksponatları görə bilərsiniz.

Fotonun altındakı yazı: Kavur-Rimininin ən böyük meydanı

Riminidə gəzinti zamanı şəhərin ən böyük meydanı olan Kavura da baxmağa dəyər. Erkən orta əsrlərdə ticari və siyasi həyatın mərkəzi olmuş bu məkan indi də şəhərlilər üçün öz əhəmiyyətini qoruyub saxlayır. Burada 1204-1207-ci illərdə tikilmiş Palaçço del Arenqo sarayı yerləşir. Sarayda şəhər idarəsi fəaliyyət göstərir. Yaxınlıqdakı daha bir saray - Palaçço del Podesta 1330-cu ildə bənzər üslubda tikilib. Amma bu tikili özünün indiki görkəmini XVI əsrdən etibarən almağa başlayıb, həmin vaxt burada hazırda bələdiyyə idarələrinin ofislərinin yerləşdiyi Palaçço Qarampi tikilib. Elə həmin dövrdə - 1543-cü ildə şəhərin Pinya adlı fəvvarəsi inşa edilib.

1747-ci ildə tikilmiş Köhnə balıq bazarı tarixi meydana xüsusi gözəllik verir. Onun üç tağdan ibarət Qədim Roma üslubunda konstruksiyası var və daxildə istriya daşından olan iki sıra piştaxtalar qoyulub. Burada bir neçə yüzillik ərzində şəhər sahilində bol olan balıq və molyuska ticarəti aparılıb. İndi də ətrafda çoxlu restoran və mağazalar fəaliyyət göstərir.

Fotonun altındakı yazı: Köhnə balıq bazarı

Günəş, hava və su

Riminini məşhur edən ən əsas amil Adriatik dənizinin qumlu çimərlikləridir. Belə ki, bu şəhərdə bütün yollar yaxşı təchiz edilmiş sahilyanı əraziyə aparır. Çimmək üçün yararlı olan sahil zolağı 15 kilometrədək uzanır. Yeri gəlmişkən, Rimini Rusiyanın Soçi şəhəri ilə qardaşlaşıb. Buradakı sahildə bizim qaldığımız 4 ulduzlu “Milton” oteli yerləşir. Rahat otaqları, doydurucu səhər yeməyi, dəniz mənzərəli eyvanı bu otelə diqqət yetirmək üçün əsas verir.

Rimini sahili bu yaxınlarda davamlı inkişaf və ətraf mühitin mühafizəsi prinsiplərinə uyğun olaraq hazırlanmış və Parco del Mare (Dəniz parkı) adlandırılıb. Sahil boyu uzanan yaşıllıq vadiləri arasında velosiped yolları, uşaqlar üçün məkanlar, açıq idman zalları, çimərlik sahələri, voleybol və basketbol meydançaları var. Ən innovativ qurğular arasında Kennedi meydanında yerləşən 7 metr hündürlüyündə Sağlamlıq ağacının göstərmək olar. O, 400 kiloqramlıq Karrar mərmərindən hazırlanıb və artıq Aralıq dənizinin açıq səma altında ən böyük idman zalının simvoluna çevrilib.

Rimini haqqında reportajımızın yekununda onun şəhərətrafı əraziləri, xüsusən turistlər arasında populyar olan Santarcangelo-di-Romanya kommunası və onun labirintli mağaraları barədə xatırlatmaq istərdim. Riminidən buraya avtomobillə 20 dəqiqəyə çatmaq olar. Bu qəsəbədə qədim parkların kölgəli xiyabanlarında gəzə, tarixi binalara heyran ola, çoxsaylı sənətkarlıq emalatxanalarına və yerli məhsulların satıldığı mağazalara baş çəkə bilərsiniz. Ərazidə tapılan mağara və tunellərin mənşəyi və təyinat məqsədi hələ də sirr olaraq qalır. Mağaraların bəziləri turistlər üçün açıqdır. Təbii ki, Santarcangelo-di-Romanyanın hər yerində orijinal restoranlar var. Xülasə, yerli mətbəxin təamlarından ibarət nahar istənilən səyahətin ən yaxşı yekunu olacaq!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb