İtaliya, Britaniya və Albaniya Baş nazirləri “köhnə qitənin” miqrasiya problemini müzakirə ediblər
Roma, 18 dekabr, AZƏRTAC
İtaliyanın Baş naziri Ciorcia Meloni, Böyük Britaniyanın Baş naziri Rişi Sunak və Albaniyanın Baş naziri Edi Rama paytaxt Romada üçtərəfli görüş keçirib.
AZƏRTAC xəbər verir ki, İtaliya Nazirlər Şurasının məlumatına görə, görüşdə Baş nazirlər Avropada qanunsuz miqrasiya məsələsini müzakirə ediblər. Liderlər qitədə qeyri-qanuni miqrasiyanın daha strukturlaşdırılmış şəkildə həll edilməsi ilə bağlı razılığa gəliblər. Həmçinin insan alverçiləri ilə mübarizə sahəsində üç ölkə arasında əməkdaşlığın daha da intensivləşdirilməsi barədə razılıq əldə olunub.
Bundan başqa, görüşdə Avropa İttifaqının genişlənmə prosesindəki son irəliləyişlərin əhəmiyyəti, eləcə də Qərbi Balkan regionunda mütləq sabitliyin təmin edilməsinin vacibliyi vurğulanıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]
ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq
- 07.10.2026 [14:47]
Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib
- 07.10.2026 [14:18]