İtaliya futbol üzrə 2022-ci il dünya çempionatına vəsiqə qazana bilər
Bakı, 31 mart, AZƏRTAC
İtaliya 2022-ci ildə futbol üzrə keçiriləcək dünya çempionatına vəsiqə qazana bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya KİV-lərindən biri məlumat yayıb. Məlumatda bildirilib ki, İtaliya komandası İran milli yığmasının düşdüyü vəziyyətdən istifadə edə və bununla da Qətərdə 2022-ci ildə keçiriləcək dünya çempionatının final mərhələsinə düşmək şansı qazana bilər.
Mənbənin məlumatına görə, İran millisi dünya çempionatının finalçılarından kənarda qala bilər. Qeyd edilib ki, FIFA iranlı futbolçularını Livanla oyun zamanı insan haqlarını pozmaqda ittiham edib. İran biletlərinin olmasına baxmayaraq iki minə yaxın qadını stadiona buraxmayıb. İran komandası yarışdan kənarlaşdırıldığı halda, turnirdə iştirak hüququnu FIFA reytinqində turnirə vəsiqə qazana bilməyənlər arasında ən yüksək yer tutan komanda əldə edə bilər ki, bu da İtaliya yığmasıdır.
Xatırladaq ki, İtaliya komandası Avropa təsnifat mərhələsinin yarımfinal mərhələsində Şimali Makedoniyaya uduzaraq (0:1) mübarizəni dayandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:27]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]