Azərbaycan Dövlət İnformasiya Agentliyi

İtaliya mətbuatında Aleksandr Lapşinin işi ilə bağlı məqalə dərc edilib

İtaliya mətbuatında Aleksandr Lapşinin işi ilə bağlı məqalə dərc edilib

Roma, 15 mart, AZƏRTAC

İtaliyanın “Il Caffe Geopolitica” analitik-xəbər portalında tədqiqatçı Corcia Piların müəllifi olduğu “Aleksandr Lapşinin işi və Dağlıq Qarabağın hüquqi statusu” adlı məqaləsi dərc edilib.

Məqalədə deyilir: “14 Dekabr, 2016-cı il tarixində İsrail əsilli jurnalist və bloqqer Aleksandr Lapşin Azərbaycan hökumətinin Dağlıq Qarabağla bağlı normativ qaydalarına baxmayaraq oraya dəfələrlə səfər etdiyi üçün Belarusun paytaxtı Minsk şəhərində həbs edildiyi bildirilir.

1. Minskdə Mükəmməl Həbs - Aleksandr Lapşinin adı 2011-2012-ci illərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarına qeyri-qanuni daxil olduqdan sonra Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil edilib. Aleksandr Lapşin 2016-cı ilin iyun ayında bu ərazilərə səfər etmiş və nəticədə rəsmi Bakı tərəfindən beynəlxalq axtarışa verilib. Erməni silahlı qüvvələri tərəfindən qeyri-qanuni işğal edilmiş Azərbaycan ərazilərinə icazə alınmadan daxil olmaq, dövlət sərhədini qeyri-qanuni şəkildə keçmək qanun pozuntusu və cinayət hesab edilir.

Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmək üçün Azərbaycan hökumətinin icazəsi olması zəruri şərtdir; icazə olmadan işğal olunmuş ərazilərə qeyri-qanuni səfər edən şəxslər hüquqi məsuliyyətə cəlb olunurlar. Bu xüsusda, Azərbaycan Respublikasının Prokurorluğu tərəfindən ölkənin Cinayət məcəlləsinin 282.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2 maddələri (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) ilə Aleksandr Lapşinə qarşı cinayət işi başlanmış və onun həbsi ilə bağlı İnterpola sorğu edilib. 7 fevral 2017-ci il tarixində Belarus Məhkəməsi Kişineu Konvensiyasının müddəalarını əsas tutaraq jurnalist Aleksandr Lapşinin Azərbaycan tərəfinin tələbi əsasında Bakıya ekstradisiya olunmasını qərara alıb. Bu andan sonra Lapşinin işi yalnız Azərbaycan qanunvericilyi çərçivəsində dəyərləndirilməlidir.

2. Bakının mövqeyi - Azərbaycan hökumətinin Aleksandr Lapşinə qarşı cinayət işinə başlaması səbəblərini dərk etmək üçün bir ölkənin dövlət sərhəd qanunlarının pozulması halında verdiyi təbii reaksiyası nəzərə alınmalıdır. Aleksandr Lapşinin həbsi hüquqi məsələdir və siyasi məna axtarmaq olmaz. Aleksandr Lapşin Azərbaycan hökuməti əleyhinə fikirləri və qərəzli bəyanatlarına görə həbs edilməyib. O, Azərbaycan hökumətinin rəsmi icazəsi olmadan beynəlxalq səviyyədə tanınan dövlət sərhədlərini qeyri-qanuni olaraq keçdiyinə görə həbs edildiyini müəllif diqqətə çatdırır.

Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən 1993-cü ildə BMT TŞ-nin qəbul etdiyi 822 (1993-cü il), 853 (1993), 874 (1993) və 884 (1993) nömrəli 4 qətnamələrində həmin ərazilər Azərbaycan Respublikasının tərkib hissəsi kimi tanınır və bu ərazilərin Ermənistan tərəfindən işğalı faktı həmin ərazilərə Azərbaycan hökumətinin razılığı olmadan səfərlər edilməsinə haqq qazandırmır. Beynəlxalq hüquq nöqteyi-nəzərdən bu ərazilərə icazəsiz səfərlər həmin ərazilərin hərbi işğalı qədər qanunsuzdur.

İşğal olunmuş ərazilərə giriş üçün Azərbaycan hökumətinə müraciət etmiş və icazəni əldə etmiş, bu ərazilərə tam giriş imkanı qazanaraq öz araşdırmalarını aparan jurnalistlərin (BBC-nin müxbiri Rayhan Dimitri kimi) sayı çoxdur. Hətta onlardan bəzilərinin baxışları münaqişə məsələsində tam şəkildə Azərbaycanın mövqeyi ilə üst-üstə düşməsə də həmin şəxslər “arzuolunmaz” şəxslər elan olunmamışlar. Beləliklə, Aleksandr Lapşinin Azərbaycana qarşı tənqidi yanaşdığı üçün həbs edilməsi ilə bağlı bəyanatların əsassız olması bəlli olur. Yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, jurnalist Aleksandr Lapşinə qarşı irəli sürülmüş hüquqi iddialar və bunun nəticəsində həbsi, onun fikirləri və ya Azərbaycana qarşı düşmənçilik mövqedən çıxış etməsi ilə yox, Azərbaycanın icazəsi olmadan beynəlxalq səviyyədə tanınan sərhədlərini pozmasından irəli gəlir.

Bundan əlavə, bir sıra şəxslər də var ki, Azərbaycanın işğal olunmuş ərazilərinə icazəsiz səfər etmiş və “arzuolunmaz” şəxslər elan olunmuş, sonradan isə qeyri-qanuni səfərlərə görə Azərbaycandan üzr istəyərək, onun suverenliyi və ərazi bütövlüyünə hörmətini ifadə etmiş, bu kimi qeyri-qanuni hərəkətlərə yol verməyəcəklərinə dair vədlər veriblər. Azərbaycan hökuməti bu kimi müraciətləri nəzərdən keçirdikdən və dəyərləndirdikdən sonra həmin şəxslərin adlarını müvafiq siyahıdan çıxarıb. Aleksandr Lapşin isə bir tərəfdən işğal olunmuş ərazilərə qeyri-qanuni səfər etmiş, digər tərəfdən isə öz hərəkətlərindən peşman olmamış, hətta onları dəfələrlə təkrarlayıb.

Aleksandr Lapşinin işi gələcək üçün bir nümunə təşkil edəcək və məsələnin humanitar tərəfini də nəzərə alaraq, bu hadisə artıq mövcud hüquqi çərçivənin daha da inkişaf və təşviq edilməsinin nəzərdən keçirilməsinə təkan verəcək.

Bu kimi işlərin gələcəkdə təkrarlanmaması üçün ölkələr öz vətəndaşlarını daimi qeyri-qanuni hərəkətlərdən çəkindirməli və onun mümkün nəticələri barədə məlumatlandırmalı, digər tərəfdən isə vətəndaşlar ziyarət edəcək ölkənin qanunlarına hörmətlə yanaşmalıdır. Bu hadisə bir daha onu göstərir ki, Ermənistan hər zaman olduğu kimi insanları Azərbaycanın işğal olunmuş ərazilərə qeyri-qanuni səfər etməyə cəlb edərək bunu siyasi təbliğatın bir alətinə çevirməyə çalışır.

3. Həll olunmamış münaqişə - Ermənistan və Azərbaycan arasındakı münaqişə səhvən Qafqaz xristianları və müsəlmanları arasında etnik-dini münaqişə kimi təsvir edilir. Həqiqətdə bu münaqişənin heç bir dini əsası yoxdur və bir ölkənin (Ermənistanın) digər ölkəyə qarşı (Azərbaycana) ərazi iddialarından irəli gəlib.

Tarixən Azərbaycana məxsus ərazilərin qeyri-qanuni şəkildə işğalı ölkə tarixinin yarasıdır və münaqişənin hazırkı fazasının başlandığı tarix, 1988-ci ildən əhalisinin 12-15 faizini təşkil edən 1 milyon qaçqını olan Azərbaycanda humanitar böhran qeydə alınıb. Bununla da Azərbaycan məcbur köçkünlərinin sayına görə dünyanın aparıcı dövlətlərindəndir. Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin məskunlaşması məqsədilə yeni evlərin tikintisi, ailələrə maliyyə və pulsuz tibbi yardımın göstərilməsi üçün böyük maliyyə imkanlarından istifadə etməyə davam edir. Milli və beynəlxalq səviyyədə göstərilən səylərə baxmayaraq, qaçqın və məcbur köçkünlərin problemlərinin həlli, eyni zamanda, beynəlxalq səviyyədə lazımi şəkildə müdafiə olunmaması səbəbindən olduqca çətindir. Bu günə kimi bu məsələni tənzimləyən yalnız BMT-nin İnsan Haqları Komissiyası tərəfindən 1998-ci ildə ərsəyə gəlmiş və bunu təməl hüquq kimi isbat etmiş bir rəsmi sənəd mövcuddur.”

Bir məsələyə də aydınlıq gətirək

Beynəlxalq səviyyədə Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ regionu üzərində hüquqları uti possidetis iuris prinsipinə əsaslanır. Bu prinsipə görə bir dövlətin ayrılması və bölünməsi şəraitində yeni müstəqillik əldə etmiş dövlət öz suverenliyini əvvəlki dövlətin ayrılmadan və bölünmədən öncə malik olduğu sərhədlər çərçivəsində həyata keçirəcəkdir. Buna görə də bir tərəfdən Azərbaycan, digər tərəfdən isə Ermənistan, Rusiya Federasiyası və Gürcüstan arasındakı mövcud sərhədləri müəyyənləşdirmək üçün Azərbaycanın müstəqillikdən əvvəl, SSRİ-nin tərkib hissəsində olarkən malik olduğu sərhədlərə istinad etmək lazımdır.

Yazı ilə aşağıdakı linkdən tanış olmaq mümkündür: http://www.ilcaffegeopolitico.org/52517/lapshin-e-status-nagorno-karabakh 

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımalarının həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 4 faiz artıb

Dünyəvi təhsil ənənələri ötən əsrin əvvəllərindən formalaşmağa başlayıb – Hüseyn İbrahimov

UNEC-də turizm və hotelçilik üzrə korporativ auditoriya yaradılacaq

Türk ekspert: Azərbaycanın məktəbli forması ilə bağlı qərarı milli dəyərlərin və dünyəvi təhsilin qorunmasına xidmət edir

Azərbaycan millisi U-15 dünya çempionatı öncəsi son təlim-məşq toplanışını Bakıda keçirəcək

Azərbaycan və Özbəkistan vergi orqanları transsərhəd elektron sənəd dövriyyəsi üzrə birgə layihənin icrası imkanlarını müzakirə edib

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Çexiya hökuməti xarici işçilərin ölkəyə cəlb edilməsi imkanlarını genişləndirir

Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb

Karlovı Varının memarlıq incisi: XX əsrin əvvəllərinə aid Beher villası

Qazaxıstanlı analitik: Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi Birliyin inkişafını daha balanslı edəcək

Almaniyanın Nürnberq aeroportunda dron təhlükəsi yaranıb, sərnişin təyyarəsini qırıcılar müşayiət edib

ABŞ ilə Rusiyanın razılaşması Avropanı çətin vəziyyətə salıb

Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edilib

ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkündür

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

Azərbaycan və Özbəkistanda dövlət satınalmaları sahəsində tətbiq olunan mexanizmlər barədə fikir mübadiləsi aparılıb

Xalq rəssamı: Vahid məktəbli geyimi ətrafındakı təxribatlara uymamalıyıq

Qazaxıstan və Belçika kritik minerallar sahəsində əməkdaşlıq və Trans-Xəzər marşrutunun inkişafı məsələlərini müzakirə edib

Muxtar respublikanın xarici ticarət dövriyyəsi 67 faizdən çox artıb

"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil

Türkiyə və Pakistan ordularının rəhbərləri regiondakı vəziyyəti müzakirə ediblər

Azərbaycan və Çexiya Orta Dəhlizin təşviqi məsələlərini nəzərdən keçirib

Məktəblərdə vahid geyim qaydaları: qanunun aliliyi və dünyəvi dövlət prinsipləri qorunmalıdır

Britaniyanın məşhur geyim brendlərinin informasiya resursları kiberhücuma məruz qalıb

® “iTicket” artıq “ABB mobile”da!

Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalı 4,7 faiz artıb

Peyklər dünyanın 465 şəhərində torpaq-qruntun çökməsinin xəritəsini tərtib etməyə kömək edib

Azərbaycanda fəaliyyət göstərən mobil operatorların gəlirləri artıb

Naxçıvanda əsas kapitala 238 milyon manatdan çox investisiya yönəldilib

AAYDA sədri Laçın və Kəlbəcər sakinləri ilə görüşəcək

“Reuters”: İlon Mask ABŞ seçkilərində Respublikaçılar partiyasını dəstəkləmək üçün təxminən 366 milyon dollar ayırıb

Muxtar respublikada 411 milyon manatlıq sənaye məhsulu istehsal edilib