İtaliya Superkubokunun finalında “İnter” və “Napoli” qarşılaşacaq
Bakı, 20 yanvar, AZƏRTAC
İtaliya Superkubokunun yarımfinalında “İnter” “Latsio”nu 3:0 hesabı ilə məğlub edib. Yarış Səudiyyə Ərəbistanında keçirilir.
AZƏRTAC xəbər verir ki, qolları Markus Tyuram (17-ci dəqiqə), Hakan Çalhanoğlu (49-cu dəqiqə, penalti) və Davide Frattesi (87-ci dəqiqə) vurub.
Bir gün əvvəl “Fiorentina”nı 3:0 hesabı ilə məğlub edən “Napoli” püşkatmanın ilk finalçısı olub. “İnter”lə “Napoli” arasında final oyunu yanvarın 22-də keçiriləcək.
İtaliya Superkuboku ilk dəfə "Dördlər finalı" formatında keçirilir, əvvəllər kubok uğrunda iki komanda mübarizə aparırdı. 2022/2023 mövsümünün sonunda "Napoli" İtaliya çempionu, "İnter" ölkə kubokunu qazanıb. "Latsio" çempionatda ikinci yeri tutub, "Fiorentina" isə kubokun finalçısı olub. Turnirin hazırki qalibi 7 kuboku olan "İnter"dir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]