İtaliya vətəndaşlarını Livanı tərk etməyə çağırıb
Roma, 26 sentyabr, AZƏRTAC
İtaliya öz vətəndaşlarını Livanı dərhal tərk etməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Livandakı mövcud vəziyyətdən narahatlığını ifadə edib.
“Livanda çalışan italiyalıların sayı 300-dən çox deyil. İkili vətəndaşlığı olan və Livanı tərk etmək niyyətində olmayan təxminən üç min nəfərin vəziyyəti isə fərqlidir. Biz Livandakı italiyalıları bu ölkəni dərhal tərk etməyə çağırırıq. Hələ də Beyrutdan Qərbə aviareyslər var. Ona görə də italiyalılara Livandan çıxmağı tövsiyə edirik”, - deyə Antonio Tayani bildirib.
Baş nazirin müavini təxminən min nəfərlik İtaliya hərbi kontingentinin BMT-nin Livandakı sülhməramlı missiyasında (UNIFIL) iştirak etdiyini xatırladıb, hərbçilərin təhlükəsizliyini təmin etmək üçün lazımi addımların atıldığını deyib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]