İtaliyada Azərbaycan Prezidenti seçkiləri ilə əlaqədar səsvermə başa çatıb
Roma, 7 fevral, AZƏRTAC
Azərbaycan Prezidenti seçkiləri ilə əlaqədar İtaliyada səsvermə prosesinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, İtaliya, Malta və San-Marinodakı vətəndaşlarımız Romadakı səfirliyimizdə yaradılan 39 saylı məntəqədə səsvermədə fəallıq göstəriblər.
Həmvətənlərimizin səs verməsi üçün hər bir şərait yaradılıb, seçicilər iradələrini azad formada ifadə etməklə sərbəst şəkildə səsvermə hüququndan istifadə ediblər.
Tam azad, şəffaf və demokratik qaydada keçən səsvermə zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb, seçki komissiyasına hər hansı şikayət daxil olmayıb.
İtaliya vaxtı ilə saat 19:00-da səsvermə prosesi başa çatıb və məntəqə bağlanıb. Seçki qutusunun açılması və səslərin sayılmasına başlanıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [19:33]
Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
- 01.10.2026 [19:30]
AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib
- 01.10.2026 [18:21]