İTALİYADA “CƏNUBİ QAFQAZDA HƏLL OLUNMAMIŞ ETNİK MÜNAQİŞƏLƏR” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, İtaliyanın Padova şəhərində “Cənubi Qafqaz bölgəsində həll olunmamış etnik münaqişələr” mövzusunda konfrans keçirilmişdir. Məqsəd toplantı iştirakçılarına Cənubi Qafqazdakı etnik münaqişələr barədə məlumat vermək və onların həlli yolları ətrafında fikir mübadiləsi aparmaq olmuşdur.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, konfransa Azərbaycan, Gürcüstan və Ermənistanın İtaliyada fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının nümayəndələri dəvət olunsalar da erməni təşkilatları tədbirə qatılmamışlar.
Konfransda Azərbaycanı təmsil edən “DOSTLUQ” İtaliya - Azərbaycan Assosiasiyasının sədri Zaur Fərhadov 20 Yanvar faciəsi, Xocalı soyqırımı və bütövlükdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə iştirakçılara ətraflı məlumat vermişdir. Tədbirdə həmçinin Azərbaycan Milli Qəhramanı, telejurnalist Çingiz Mustafayevin Xocalıda çəkdiyi videokadrlar nümayiş etdirilmişdir.
Diskussiya zamanı Zaur Fərhadov Kosovo və Dağlıq Qarabağ münaqişələri arasındakı fərqi də izah etmiş, beynəlxalq qurumların Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ciddi səylər göstərmədiklərini diqqətə çatdırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]