İtaliyada gəmi-bərəsində bomba təhlükəsi ilə bağlı xəbərdarlıq olunub
Roma, 7 dekabr, AZƏRTAC
İtaliyanın Neapol limanından Kalyari şəhərinə yola düşməli olan gəmi-bərəsində bomba təhlükəsi ilə əlaqədar xəbərdarlıq edilib.
AZƏRTAC xəbər verir ki, yanğınsöndürmə briqadasına edilən anonim telefon zəngindən sonra “Grimaldi Lines” adlı gəminin limandan ayrılmasına icazə verilməyib. Gəmidəki 162 sərnişin və 67 ekipaj üzvü dərhal təxliyə olunub.
Təhlükəsizlik qüvvələri xüsusi təlim görmüş itlərlə gəmidə axtarışlar aparıb və şübhəli bağlama aşkar edilib. Gəmiyə bomba qoyulduğu barədə edilən xəbərdarlığın saxta olduğu bildirilib.
Yoxlamalar başa çatdıqdan sonra gəmi-bərənin hərəkətinə icazə verilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [19:12]
Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]
Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır
- 06.10.2026 [17:36]