DÜNYA
İtaliyada H3N2 virusuna görə ilk xəstəxanaya yerləşdirmə qeydə alınıb
Roma, 3 noyabr, AZƏRTAC
İtaliyanın Genuya şəhərində qrip virusunun H3N2 ştamına (Avstraliya qripi) yoluxma faktına görə ilk xəstəxanaya yerləşdirmə qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, H3N2 simptomları olan 76 yaşlı şəxs San Martino Poliklinikasının yoluxucu xəstəliklər şöbəsində müalicə olunur.
Poliklinikanın yoluxucu xəstəliklər üzrə direktoru Matteo Bassetti deyib ki, virus xəstədə ağciyər və boğazla yanaşı, beyinə də ciddi təsir edir.
Qeyd edək ki, H3N2 mövsümi qripin Avstraliya variantıdır və ağırlaşma riskini artırır. Ötən müddətdə Avstraliyada və cənub yarımkürəsində milyonlarla insan infeksiyaya yoluxub, minlərlə insan xəstəxanaya yerləşdirilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma