İtaliyada koronavirus qurbanlarının xatirəsinə matəm mərasimi keçirilib
Roma, 19 mart, AZƏRTAC
Martın 18-də bütün İtaliyada koronavirus qurbanlarının xatirəsinə matəm mərasimi qeyd edilib.
AZƏRTAC xəbər verir ki, həyatını itirənlərin xatirəsi bütün ölkə üzrə bir dəqiqəlik sükutla anılıb, dövlət bayraqları yarıya qədər endirilib. Baş nazir Mario Draqi bir il bundan əvvəl ölkədə pandemiyanın episentrinə çevrilən Lombardiya regionunun Berqamo şəhərində matəm mərasimində iştirak edib.
Məhz bir il bundan əvvəl martın 18-də bu şəhərdə Silahlı Qüvvələrin hərbi maşınları və heyəti yaranmış ağır vəziyyətlə bağlı səhiyyə qurumlarına kömək üçün səfərbər olunmuşdu. M.Draqi bu şəhərdə salınan xatirə parkının açılışında çıxışı zamanı Berqamoda hər bir sakinin koronavirus səbəbindən hansısa yaxın insanını itirdiyini və bu məkanın bütün bir xalqın keçirdiyi ağrı-acı üçün rəmzi xarakter daşıdığını bildirib.
Qeyd edək ki, pandemiya başlayandan indiyədək İtaliyada 103 mindən çox insan həyatını itirib. Hazırda Berqamo şəhərinin yerləşdiyi Lombardiya regionu da daxil olmaqla, ölkənin əksər regionları pandemiyanın üçüncü dalğasının qarşısını almaq məqsədilə “qırmızı zona” elan olunub.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]