İtaliyada mafiya qruplaşmalarına qarşı əməliyyat keçirilib
Roma, 18 yanvar, AZƏRTAC
İtaliyada maliyyə polisi və təhlükəsizlik qüvvələri tərəfindən mafiya qruplaşmalarına qarşı xüsusi əməliyyat keçirilib.
AZƏRTAC xəbər verir ki, “Oleandro” adlanan antimafiya əməliyyatı Siciliya, Kampaniya, Toskana və Venesiya bölgələrini əhatə edib. Ümumilikdə 120-dən çox maliyyəçinin iştirakı ilə keçirilən əməliyyat mafiya qruplaşmalarına, çirkli pulların yuyulması, sələmçilik, narkotik ticarətinin qarşısının alınmasına yönəlib. İndiyədək 15 şübhəli ilə bağlı həbs qərarı verilib, ümumilikdə isə 26 nəfər saxlanılıb.
Hazırda davam edən əməliyyatın Neapol, Udine, Kataniya, Kaltanissetta və Aretszo əyalətlərini də əhatə etdiyi bildirilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]