İtaliyanın maliyyə polisi saxta “yaşıl pasport” satan şəbəkəni ifşa edib
Roma, 3 iyul, AZƏRTAC
İtaliyanın maliyyə polisi “yaşıl pasport”, saxta rəqəmsal sertifikatlar təklif edən cinayətkarların teleqram mobil tətbiqində yaratdıqları bir neçə kanal və hesablarını aşkarlayaraq onların fəaliyyətini dayandırıb.
AZƏRTAC xəbər verir ki, cinayətkar şəbəkəyə daxil olan kanal və hesablar müraciət edən şəxsləri “darknet”ə (anonim iştirakçılardan ibarət gizli internet şəbəkəsi) yönləndirib. “Darknet” fəaliyyət göstərən onlayn satış məkanlarında isə kriptovalyuta ilə ödəniş müqabilində saxta rəqəmsal sertifikatlar təklif olunub. Həmin sertifikatlar koronavirusa qarşı peyvənd olunmasını təsdiqləyir və Avropa İttifaqı ölkələri arasında sərbəst gediş-gəliş imkanı yaradır.
Maliyyə polisinin məlumatına əsasən, bir sertifikatın qiyməti 110-130 avro arasında dəyişir və “Telegram“ kanallarında minlərlə istifadəçi qeydiyyatdan keçib. Həmin kanallarda eyni zamanda koronavirusa qarşı peyvənd dozaları da satışa çıxarılıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]