İtaliyanın şimalındakı bütün ümumi xidmət obyektləri bağlanıb
Roma, 9 mart, AZƏRTAC
İtaliya hökuməti ölkənin koronavirus yayılan şimal bölgəsindəki bütün ictimai iaşə, xidmət və istirahət məkanlarının qapadılması barədə göstəriş verib. Qərar martın 8-də Baş Nazir Cüzeppe Konte tərəfindən imzalanıb.
AZƏRTAC xəbər verir ki, qərara əsasən, ölkənin şimalındakı kinoteatrlar, teatrlar, muzeylər, bar və restoranlar, məktəblər, əyləncə məkanları bağlı olacaq. Bütün idman yarışları təxirə salınıb, bəzi istisna hallarda oyunlar qapalı yerlərdə keçiriləcək.
Daha əvvəlki qərarla bütün təhsil obyektləri bağlanmışdı. Hazırda ölkə üzrə 15 milyon adam karantinə alınıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]